Elm və təhsil
Sabahdan eksternat imtahanlara start verilir
Dekabrın 25-dən əvvəlki illərdə ümumi təhsil məktəblərini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyəsi üzrə bitirə bilməyən şəxslər üçün eksternat qaydasında aralıq imtahanlarının keçirilməsinə start veriləcək.
BŞTİ-dən Publika.az-a verilən xəbərə görə, koronavirus (COVİD-19) infeksiyasının Azərbaycanın ərazisində yayılmasının qarşısının alınması məqsədilə və insanların yaşayış yerini tərk etmələrinə məhdudiyyətlərin tətbiq edilməsini nəzərə alaraq, imtahanların şifahi müsahibə şəklində həyata keçirilməsi məqsədəmüvafiq hesab edilib. Bu baxımdan eksternat qaydasında aralıq imtahanları “Microsoft Teams“ platforması vasitəsilə onlayn formada (şifahi) keçiriləcək.
Bu barədə məlumatlar eksternat imtahanlarında iştirak üçün qeydiyyatdan keçmiş şəxslərin “Whatsapp” nömrələrinə bildiriş kimi göndərilib.
Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verərək müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır. İmtahanda iştirak edənlərə 10 fənn üzrə suallar veriləcək.
Eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.
-
Magazin202:12
Məşhur qadın reper narkotiklə saxlanıldı - VİDEO
-
Sosial01:41
Cəbrayılın dörd kəndindən yeni görüntülər - VİDEO
-
Region01:11
Bu mərkəzə Rəisinin adı verildi
-
Qoroskop00:15
Günün ULDUZ FALI: təlaşlarınızla bağlı suallara cavab tapa bilərsiniz
-
MDB25 May 23:48
Məşhur milyarderdə yenidən XƏRÇƏNG AŞKARLANDI - Altı ay ömrü qalıb - FOTO
-
Hadisə25 May 23:36
Keçmiş universitet müəllimi çılpaq formada ölü tapıldı - VİDEO/TƏFƏRRÜAT
-
Magazin125 May 22:36
Aslan Hüseynovu ölümə öz doğması aparıb - Faciəvi qəzanın TƏFƏRRÜATI
-
Magazin125 May 22:12
Talıb Talenin toyunda nələr baş verir? - YENİ GÖRÜNTÜLƏR