Ən çox xəyanətə uğrayan bürclər: aldanmağa meyillidirlər
Bizi izləyin

Qoroskop

Ən çox xəyanətə uğrayan bürclər: aldanmağa meyillidirlər

Aldadılmaq, xəyanətə uğramaq tamamilə bürclərlə bağlı bir məsələ olmasa da, astroloqlar bu barədə bir sıra proqnozlar verirlər. 12 bürcün bir qismi aldatmağa, digərləri isə aldanmağa daha çox meyllidir.

Publika.az ən çox aldadılan bürcləri təqdim edir:

Proznoz və araşdırmalara əsasən, 6 bürc daha çox xəyanətə uğrayır. Bu sıraya Buğa, Qız, Xərçəng, Əkizlər, Dolça və Oxatanlar daxildir.

Buğa bürcündə olanlar sabit, dəyişməyən və inadçı insanlardır. Ona görə də bəzən qarşısındakı insanı da özü kimi sanır. Onların düşüncəsində bir şəxsə inanmaq və uzun müddət bu inanca sadiq qalmaq ən doğru seçimdir. İnadçı olmaqları da aldadılmaqlarına şərait yaradır. Çünki onlar hər məsələdə olduğu kimi, sevdikləri şəxslə bağlı düşüncələrində də inad edirlər. Bu səbəbdən Buğa çox vaxt həyatındakı insanın yalnış seçim olduğunu görməkdə çətinlik çəkir.

Qız bürcünə mənsub şəxslərin bu sıraya daxil olması bir qədər qəribə görünə bilər. Çünki bu bürc sahibləri adətən mükəmməllik axtarışında olan insanlar olaraq tanınırlar. Hər hansı bir qərara gəlməzdən öncə, sözün əsl mənasında, yüz ölçüb bir biçirlər. Belə bir situasiyaya düşməklərinə isə yeganə səbəb budur ki, qızlar özlərinə həddən artıq çox əmindirlər. Bu qədər əminlik seçimlərindəki səhvi görməkdə bəzən onlara çətinlik yaradır. “Mən hər şeyin düzünü bilirəm, belə də olmalıdır” kimi cümlələr sonunda onların yanılmağına gətirib çıxarır.

Əkizlər bürcü adətən ciddi münasibətlərdən qaçan insanlardır. Bu şəxslər gərginlik və sıxıcı mövzularda boğulmağı sevmir. Onlar üçün həyat əyləncədən ibarət oyundur. Bu oyunda kimin hansı rolda olmağı Əkizlər üçün çox böyük bir əhəmiyyət kəsb etmir. Belə olduqda isə qarşısındakı insana çox da diqqət etmirlər. Öz dünyaları ilə daha çox vaxt keçirmələri səbəbindən partnyorlarına laqeyd yanaşmaları sonda aldadılmaqları ilə nəticələnir.

Dolça və Oxatan bürcləri azadlığa önəm verən və sosiallaşmağa can atan şəxslərdir. Onlar üçün bu həyatda ən mühüm şey sərbəstlikdir. Bu məqama həddən ziyadə diqqət yetirdikləri üçün ciddi münasibətlərdə sıxıcı yanaşmalardan qaçırlar. Belə situasiyada daha çox dinclik axtardıqları üçün qarşısındakı insan tərəfindən aldadılmaqla üz-üzə qalmaq riski çoxalır. Bu iki bürcün partnyorları qisas almaq məqsədilə onlara xəyanət etməyi seçir.

(Yenisabah.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm