Şəhid övladları bu universitetdə PULSUZ OXUYACAQ - FOTO
Bizi izləyin

Elm və təhsil

Şəhid övladları bu universitetdə PULSUZ OXUYACAQ - FOTO

Sivas Cümhuriyyət Universiteti maraqlı təşəbbüslə çıxış edib.

Publika.az xəbər verir ki, universitetin rektoru professor Alim Yıldız Qarabağda şəhid olan əsgərlərimizin övladlarının universitetdə ödənişsiz təhsil almaları üçün lazımi tədbirləri gördüklərini açıqlayıb.

Yıldız universitetləri ilə Azərbaycan arasında yaxşı bir əməkdaşlığın olduğunu diqqətə çatdırıb:

"Azərbaycanlı qardaşlarımız üçün dua edirik. Qarabağda şəhid olanların övladlarını universitetimizdə oxudacağıq. Hazırda bu istiqamətdə çalışırıq. Şəhidlərimizin övladlarına sahib çıxacağıq. Onlar hamımızın övladlarıdır".

Bakı Dövlət Universiteti və Cümhuriyyət Universiteti arasında ötən il iki ortaq simpoziumun keçirildiyini xatırladan Yıldız Azərbaycandakı akademiklərlə əməkdaşlığı davam etdirəcəklərini vurğulayıb. / "Yenisabah"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm