Məleykə Abbaszadədən qəbul imtahanları ilə bağlı AÇIQLAMA
Bizi izləyin

Elm və təhsil

Məleykə Abbaszadədən qəbul imtahanları ilə bağlı AÇIQLAMA

“Yanvarın 18-ə qədər imtahan tarixləri barədə fikir söyləməyə ixtiyarım yoxdur. İmtahan tarixlərini yalnız həmin vaxtdan sonra təxmini də olsa, söyləyə bilərik”.

Publika.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

M.Abbaszadə xatırladıb ki, hazırda kütləvi tədbirlərin keçirilməsi mümkün deyil: “Bizim işçilərin də 30 faizi iş yerindədir. Digərləri onlayn rejimində çalışırlar. Eyni zamanda evdən çıxmaq üçün 3 saatlıq icazə var. Bu halda heç bir təşkilat kütləvi imtahan keçirə bilməz”.

O qeyd edib ki, yaxın günlər üçün sadəcə imtahanların ardıcıllığını açıqlamaq mümkündür: “Tarixlər hər dəfə pandemiyanın şərtlərindən asılı olur. Biz tarixlərlə bağlı təklifləri hazırlayıb hökumətə öncədən təqdim edirik. Buraxılış imtahanlarının strukturu elan olunub və xüsusi jurnal da çıxıb”.

Dim sədri vurğulayıb ki, mart ayında imkan olsa qəbul imtahanları yenə də iki mərhələdə (yaz və yay) keçiriləcək.

Onun sözlərinə görə, bu məsələlər müzakirə edilir: “Çalışacağıq ki, bu il abituriyentlərə iki şans verilsin. İmtahanların ardıcıllığı müəyyən olunanda və aidiyyəti qurumlarla razılaşdırdıqdan sonra ictimaiyyətə məlumat veriləcək”.

Xatırladaq ki, ötən il pandemiya səbəbindən qəbul imtahanı bir mərhələdə keçirilmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm