Qəbul imtahanlarının birinci mərhələsi iki dəfə keçiriləcək - DİM sədri
Bizi izləyin

Elm və təhsil

Qəbul imtahanlarının birinci mərhələsi iki dəfə keçiriləcək - DİM sədri

Bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarının iki dəfə keçirilməsi nəzərdə tutulur.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, magistraturaya qəbul imtahanı və rezidenturaya qəbul imtahanının birinci mərhələsinin də iki dəfə keçirilməsi planlaşdırılır:

"Ancaq bütün bunlar vəziyyətdən asılı olacaq. Bir daha imtahan iştirakçılarının, ictimaiyyətin nəzərinə çatdırıram ki, sanitar-epidemioloji vəziyyətlə əlaqədar təqvim planı dəyişə bilər. Buna əvvəlcədən hazır olmaq lazımdır. İmtahanların keçirilmə ardıcıllığı dəyişməsə də, tarixlərə həmin dövrdəki vəziyyətlə əlaqədar yenidən baxıla bilər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm