Elm və təhsil
Azərbaycanda Milli Diplom Reyestri yaradılacaq
Azərbaycanda Milli Diplom Reyestri yaradılacaq.
Publika.az xəbər verir ki, bu "Ali təhsil haqqında" qanunun ilkin versiyasında əksini tapıb. Layihəyə əsasən, Milli diplom Reyestri ali təhsilin səviyyələri üzrə kvalifikasiya təsdiq edən diplom və diploma əlavələrin vahid mərkəzləşdirilmiş elektron sistemidir.
Milli Diplom Reyestri müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılır, icrasına nəzarət edilir və fəaliyyətinin monitorinqi əsasında illik ictimai hesabatlılıqlar təmin edilir. Milli Diplom Reyestri ölkə üzrə akkreditasiyadan keçmiş bütün ali təhsil kvalifikasiyaları haqqında verilmiş diplomlar və diplomlara əlavələr haqqında səhih məlumatı əks etdirməklə diplom və diploma əlavələrin vahid uçotunun aparılmasını təmin edir.
Milli Diplom Reyestrinin doldurulması kvalifikasiyanın verilməsi haqqında qərarı verən ali təhsil müəssisəsi tərəfindən həmin ali təhsil müəssisəsinin müvafiq portalına keçid vasitəsi ilə keçirilir və məlumatın tamlığı və dəqiqliyinə müvafiq ali təhsil müəssisəsi cavabdehlik daşıyır.
Milli Diplom Reyestrindəki məlumatlar haqqında informasiyaya çıxış və çıxışın müddəti haqqında məlumat şəxsin özü tərəfindən verilir.
-
Pul04:44“Qara cümə” öncəsi fırıldaqçıların hiylələri üzə çıxdı
-
Avropa02:42Rusiya Odessanı vurdu - Ölənlər və xəsarət alanlar var
-
Magazin201:11Türkiyədə yeni HƏBS DALĞASI - Özcan Dəniz, Deniz Çakır və Burcu Özberk saxlanıldı
-
Qoroskop00:15Günün ulduz falı - Keçmişdə qalmış xatirə yenidən canlana bilər
-
Art00:00Əməkdar artist çayla əsərlər yaradırmış -
-
Sosial24 Noyabr 23:15Leyla Əliyeva qızı ilə Nəbatat bağında - FOTO
-
Sosial24 Noyabr 23:12Axtarışa verilən 2-ci sinif şagirdinin meyiti körpü altında tapıldı
-
Sosial24 Noyabr 21:47Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu













.png)





















