Elm və təhsil
TKTA xarici diplomların tanınması ilə bağlı vətəndaşlara çağırış etdi
Azərbaycan Respublikası ərazisində xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının (xarici diplomların) tanınması prosesini Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) həyata keçirir.
Agentlikdən Publika.az-a verilən məlumata görə, diplomların tanınması prosesi 0 təmas prinsipi ilə elektron qaydada icra edilir.
Qeyd olunub ki, lakin bəzi hallarda xarici diplomların tanınması prosesində vətəndaşlar vasitəçi şirkətlərin xidmətlərindən istifadə edərək mənfi hallarla üzləşirlər: “Belə hallarla rastlaşmamaq üçün vətəndaşları diqqətli olmağa və elektron qaydada yalnız TKTA-ya müraciət etməyə səsləyirik”.
Bildirilib ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi xaricdə təhsil sahəsində, o cümlədən xarici diplomların tanınması ilə bağlı heç bir şirkət və fiziki şəxslə əməkdaşlıq etmir. Eləcə də, bu şəxslərin və şirkətlərin fəaliyyətinə görə məsuliyyət daşımır.
“Daha ətraflı məlumat üçün vətəndaşlara www.tkta.edu.az rəsmi internet səhifəsinə və ya taninma.az keçidinə müraciət etmələrini tövsiyə edirik”, - deyə TKTA-dan bildirilib.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular





































.jpg)

.jpg)