Elm və təhsil
Azərbaycanlı müəllimə Fransanın ən nüfuzlu mükafatı verildi
Fransanın Azərbaycandakı səfirliyində bu ölkənin elm və təhsil sahəsindəki xidmətlərə görə ən nüfuzlu mükafatı olan Akademik Palmalar Ordeninin təqdimetmə mərasimi keçirilib.
Publika.az xəbər verir ki, səfir Zakari Qros fəxri mükafatı Universitet Təməl Mərkəzi (UFC) hazırlıq kurslarının rəhbəri Reyhan Hüseynovaya təqdim edib.
Diplomat bildirib ki, R.Hüseynova azərbaycanlı gənclər arasında fransız təhsilini yaymaq, onları Fransa ali məktəblərinə hazırlamaq üçün səmərəli işlər görür: “Hər il onlarla azərbaycanlının Fransada təhsil almaq arzusunu həqiqətə çevirirsiniz. Bu orden də bütün xidmətlərinizə görə ölkəmizin duyduğu minnətdarlığın rəmzidir”.
Səfir həmçinin azərbaycanlı gənclərin Fransada təhsil almasını başlıca hədəfləri arasında göstərərək bunun insanlar arasındakı təmasların artmasına, ölkələr arasında əməkdaşlığı genişlənməsinə təkan olduğunu qeyd edib.
Hazırda Fransa ali məktəblərində Azərbaycandan 85 nəfərin təhsil aldığı da diqqətə çatdırılıb.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR