Elm və təhsil
Valideynlər ayağa qalxdı: Belə bir fənnin tədris olunmasını istəmirik

Belçika məktəblərində sekslə bağlı fənnin keçirilməsinə etiraz edirlər.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, Belçika polisi məktəblərdə seks və cinsi oriyentasiya ilə bağlı yeni məcburi fənnin tətbiqindən valideynlərin narazı olduğu Şarlerua şəhərində yanğına cəhdlə bağlı araşdırmaya başlayıb. Bu barədə "SudInfo" məlumat yayıb.
Naməlum şəxslər tərəfindən məktəb binalarının gecə saatlarında yandırılması cəhdinin dörd epizodu üzrə araşdırma aparıldığı bildirilir. Qeyd olunur ki, məktəblərin divarlarına qara hərflərlə bu sözlər yazılıb: “No Evras”(Sekslə bağlı dərs istəmirik).
Məlumata görə, ildə 2 saat keçiriləcək bu dərsdə iştirak 11-12 və 15-16 yaşlı məktəblilər üçün məcburidir. Bildirilib ki, sözügedən fənn cinsiyyətçilik, cinsi zorakılıq və gender stereotipləri daxil olmaqla bir sıra həssas mövzuları əhatə edir.
Etirazçılar isə belə bir fənnin məktəblərdə hiperseksuallığın və cinsi oriyentasiyanın dəyişdirilməsinin təbliğatına yol açacağından qorxurlar. İslam və Katolik təşkilatları da valideynləri etiraza çağırıb.
Mehti Kamiloğlu

-
Sosial01:41
Ermənilərin daha bir “qələbə” simvolu Qənimətlər Parkına aparıldı - VİDEO
-
Sosial00:15
Qənirə Paşayevaya görə Heydər məscidində izdiham - FOTO
-
Qoroskop00:05
Günün ULDUZ FALI: romantik münasibətlər başlanacaq
-
Sosial28 Sentyabr 22:53
Qənirə Paşayevanın son müsahibəsi - VİDEO
-
Qadın28 Sentyabr 22:45
Niyə bəzi qadınlar arıqlaya bilmir? - Həkim bütün SİRRİ AÇDI
-
Sosial28 Sentyabr 21:40
Qənirə Paşayevanın dəfn yeri AÇIQLANDI
-
Sosial28 Sentyabr 21:24
"Bəlkə 50 yaşa çatmadım..."
-
Dəb28 Sentyabr 20:48
Bu gözəlləri izləmək üçün 6200 dollar ödəməlisiniz - FOTO