Elm və təhsil
Rusiyadakı tələbələrimiz “AMOR Əlaçı Təqaüdü”nü qazandı

Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) fəxri sədri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “AMOR Əlaçı Təqaüdü” müsabiqəsində bu il 24 azərbaycanlı tələbə qalib gəlib.
Publika.az xəbər verir ki, təhsildə fərqlənən tələbələrə hərtərəfli dəstək və qayğı göstərmək, gənclərin təhsilə olan marağını artırmaq məqsədilə təşkil olunan müsabiqə 2009-cu ildən etibarən uğurla həyata keçirilir və bu günədək 434 tələbəni əhatə edib.
Müsabiqə çərçivəsində Rusiya Federasiyasının ali təhsil müəssisələrində təhsil alan əlaçı azərbaycanlı tələbələrə təhsil xərclərinin qarşılanması üçün maliyyə dəstəyi göstərilir.
Xatırladaq ki, AMOR Rusiya Federasiyasında yaşayan azərbaycanlı gənclərin vahid təşkilatda birləşməsi, onların sosial sahədə, yaradıcılıq və təhsil istiqamətlərində təşəbbüslərinin dəstəklənməsi məqsədilə 2009-cu ildə Leyla Əliyevanın təşəbbüsü ilə yaradılıb.

-
Hadisə04:04
Çinarə Məlikzadənin anası həyat yoldaşının ölümündən DANIŞDI - VİDEO
-
Magazin203:47
"Onu dünyadakı tək kişi kimi hiss etdirə bilərəm"
-
Qoroskop01:51
Vanqa 2024-ü necə görüb? - Putin, xərçəng və daha nələr
-
Nida Xəbər 01:02
Araik Azərbaycan vətəndaşlığı istədi - Şok ifadə
-
Magazin100:37
Xərçəngə tutulan Sevda Əliqızının son halı - FOTO
-
Qoroskop00:14
Günün ULDUZ FALI: münasibətləri yaxşılaşdırın
-
İdman29 Noyabr 23:40
"Qalatasaray"dan "Mançester"lə matçda möhtəşəm geridönüş - YENİLƏNDİ
-
Nəqliyyat29 Noyabr 23:34
DİQQƏT! Bu yoldan keçənlər 40 manat cərimələnəcək - VİDEO