Elm və təhsil
İmtahan fırıldağı: Texnologiyanın köməyi ilə qurulan yeni “biznes model”i ifşa olundu
Son illər imtahanlarda texniki vasitələrdən istifadə hallarının artması narahatlıq doğurur. Əvvəllər bu kimi hallara nadir hallarda rast gəlinirdisə, hazırda texnoloji fırıldaqçılıq artıq sistemli və təşkilatlanmış şəkildə həyata keçirilir.
Publika.az xəbər verir ki, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial şəbəkə hesabında bu barədə məlumat verib. O bildirib ki, bu sahədə tələb artdıqca, təklif də təşkilatlanır.
“İmtahanlarda uğur qazanmaq istəyənlərə artıq “gizli texnologiya paketi” təklif olunur. Bu paketə mikroqulaqcıq, mikrokamera, mini telefon, naqil, Mi-Fi routeri və digər texniki vasitələr daxildir.
Əldə olunan məlumata əsasən, bu cür texnoloji fırıldaqçılıq xidməti göstərən bir şəbəkə ifşa olunub. Artıq həmin şəbəkənin üzvləri barəsində məhkəmə qərarı ilə həbs-qətimkan tədbiri seçilib, cinayət işi açılıb və istintaq davam etdirilir. Həmçinin, bu yolla imtahan verən bəzi abituriyentlərin nəticələri ləğv edilib.
Əməliyyat Dövlət İmtahan Mərkəzinin (DİM) müşahidələri və rəsmi müraciəti əsasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilib. Müşahidələr göstərir ki, imtahanlara texniki avadanlıqla gələn şəxslərin müəyyən təbəqəyə və ya qrupa bağlı olması ehtimalı bu istiqamətdə araşdırmalara səbəb olub.
Mütəxəssislər bildirirlər ki, gizli texniki vasitələrdən istifadə edənlər adətən şübhəli davranışlarla – qulağa tez-tez toxunmaq, paltarda nəsə axtarmaq, qeyri-təbii hərəkətlər etmək və s. – diqqət çəkirlər. Süni intellekt və müşahidə kameraları vasitəsilə bu davranışların müəyyən edilməsi prosesi də təkmilləşdirilib.
Ən narahatedici məqam isə texnoloji fırıldağın artıq fərdi təşəbbüsdən çıxaraq, xidmət və biznes kimi təqdim olunmasıdır. Bu, təşkilatlanmış, pullu və kütləviləşmiş texnoloji cinayət modelinə çevrilib”.
Ekspertlər sözlərinə görə, bu kimi hallar texnoloji biliklərə malik şəxslərin öz potensiallarını fırıldaqçılıq və cinayət məqsədilə istifadə etdiklərini göstərir.
“Bir neçə gün əvvəl də kiber sahədə cinayət törədən bacarıqlı bir gəncin məhkəməsi cəmiyyətin diqqətində olub. Dövlət, cəmiyyət, eləcə də təhsil və innovasiya qurumları bu kimi texnoloji potensiala malik şəxslərin fırıldağa deyil, ölkənin inkişafına yönəlmiş layihələrə cəlb olunması üçün səfərbər olmalıdır”.
-
Sosial12:36Azərbaycanda yenilik: Sosial şəbəkələrdə hesab açmaq üçün... - RƏSMİ
-
Nida Xəbər 12:06Azərbaycan və Ermənistan vətəndaşları məsuliyyət daşımayacaqlar - Bu məxfi məlumatı versələr
-
ABŞ09:27Trampa elə bir üzük hədiyyə etdilər ki... - FOTO
-
ABŞ09:24Görüş olacaq: Trampın “xüsusi elçisi” Qətərə getdi
-
Dünya07:55Monakodakı partlayışda xəsarət alanlar oliqarx və ailə üzvləri imiş - Yeniləndi
-
İdman07:15Məşhur futbolçunun qəribə istəkləri: Bu qadına pul ödəyib ki… - Video
-
MDB06:46Rusiyada yanacaq qıtlığı: Bu yola da əl atdılar...
-
Region00:27Xameneinin müavini öldü









.jpg)


.jpg)















.jpg)










