Elm və təhsil
Ekspertdən sərt irad: “Təhsil çökür, onları şagird yox, maaş düşündürür"
“Əslində, bu gün müəllimlər arasında gedən müzakirələr bir həqiqəti çılpaq şəkildə ortaya çıxarır. Onları islahatın mahiyyəti deyil, yalnız maaş maraqlandırır ”.
Publika.az xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov öz “Facebook” hesabında yazıb:
“Təəssüf ki, 99 faiz müəllimin yazdıqlarında “şagird”, “keyfiyyət”, “nəticə”, “təhsil” sözləri belə keçmir. Hamının dərdi eynidir: “Maaş nə qədər olacaq?” Amma eyni müəllimlər bir dəfə də soruşmur ki, “Niyə bu ölkədə uşaqların 60 faizi oxuduğunu anlamır?”, “Niyə 11-ci sinif buraxılışında on minlərlə uşaq 0–100 bal aralığında ilişib qalır?”, “Niyə hər evdə bir repititor əzabı yaşanır?
Hələ sonra kimsə cəsarətlə deyir: “Sən Finlandiyanın maaşını verirsən?”
Bağışlayın, amma siz Finlandiyanın nəticəsini verirsinizmi?
Finlandiya, Estoniya, Sinqapur səviyyəsində göstəriciniz varmı?
Daha sərt desəm: nəticələrimiz bir çox Afrika ölkələrindən aşağıdır. Bunu maaş deyil, sistemli laqeydlik yaradıb. Bu çatışmazlıqlar islahatın yox, köhnə sistemin günahıdır”.

Ekspert kənd məktəblərindəki problemlərə də toxunub:
“Bəzi müəllimlərin “istilik yoxdur, kompüter yoxdur, otaq soyuqdur – əlavə iş necə görək?” arqumentini isə o, “problemin özü deyil, illərlə yığılan problemlərin etirafı” kimi qiymətləndirir. Bu çatışmazlıqların səbəbi elə əvvəlki sistem idi. ‘Saat yığan’ mexanizm regionların real ehtiyaclarını gizlədirdi. Yeni model isə ilk dəfə bu problemləri ölçüb qiymətləndirməyə və resursun ədalətli bölünməsinə imkan verir. Şərait pisdirsə, bunun günahı islahatda deyil, köhnə sistemdədir”.
Onun sözlərinə görə, “şərait düzəlsin, sonra islahat olaq” yanaşması məsuliyyətdən qaçmaqdır:
"Məhz şərait düzəlsin deyə islahat lazımdır.
Dünya təcrübəsi ortadadır:
Finlandiyada, Estoniyada, Sinqapurda müəllim məktəbə bağlıdır, 18–24 saat dərs deyir, qalan vaxtını metodik hazırlıq və şagirdlə fərdi işə sərf edir. Buna görə nəticə yüksəkdir.
Bizdə isə müəllimin böyük hissəsi məktəbdə vaxt keçirmək yox, tez evə qaçıb repititorluq etmək istəyir. Valideynlərin pul yükünü, uşaqların əzabını düşünən yoxdur.
Bu gün təqdim edilən model nəyi dəyişir?
- Müəllim “saat yığan” yox, məsuliyyət daşıyan mütəxəssisə çevrilir.
- Əməkhaqqı sabit və yüksək olur.
- Məktəb real ehtiyacına görə vəsait alır.
- Şagirdin keyfiyyəti gündəliyin mərkəzinə qayıdır.
- Müəllim məktəbdə tək qalmaq yox, peşəkarlaşmaq üçün vaxt qazanır".
Ekspertin qənaətinə görə, islahata etiraz edənlərin böyük hissəsi “köhnə sistemin rahatlığını itirməkdən qorxur”:
"Bu islahat müəllimə qarşı deyil. Əksinə, müəllimin nüfuzunu, maaşını, sosial təminatını yüksək səviyyəyə qaldırmaq üçün ən doğru addımdır. Əgər biz dəyişmək istəmiriksə, təhsil də, nəticə də dəyişməyəcək. Maaş artımı da bir müddət sonra heç bir təsir göstərməyəcək.
Kamran Əsədov sonda bildirib ki, Nazirlik bu dəfə çox ciddi və cəsarətli bir yola çıxıb:
“Bu yolun qarşısını kimin və niyə kəsmək istədiyi artıq çox aydın görünür”.
Gülnar
-
Magazin106:16Murad Dadaşov oğluna toy etdi - VİDEO
-
İdman01:11Tofiq Musayevə yüksək VƏZİFƏ VERİLDİ
-
Sosial00:30Bir ailənin fəryadı: Gəncin ölümünə ambulans səbəb olub? - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgidə emosional yaxınlıq yaşana bilər
-
Avropa6 Dekabr 23:48Naməlum təhdid davam edir - Vilnüs hava limanı yenə bağlandı
-
İdman6 Dekabr 23:36“Sabah”la AFFA arasında QALMAQAL - Klub açıqlama yaydı
-
Magazin16 Dekabr 22:36Zeynəb Xanlarovanın yeni görüntüləri yayıldı - VİDEO
-
Magazin26 Dekabr 22:00Onun mahnısı 2025-ci ilin ən yaxşı hiti seçildi - VİDEO






.jpg)




















.jpg)








.jpg)



