Elm və təhsil
Azərbaycan məktəbliləri EGOI 2026-da iki medal qazandılar
Azercell-in dəstəyi ilə beynəlxalq informatika olimpiadalarına hazırlanan məktəbli qızlar növbəti uğura imza atıblar
İtaliyanın Çezenatiko şəhərində keçirilən Avropa Qızlar Olimpiadasında (EGOI 2026) məktəblilərimiz uğurlu nəticələr əldə ediblər. 67 ölkədən 242 məktəbli qız şagirdin iştirak etdiyi beynəlxalq olimpiadada Azərbaycan komandası iki medal qazanıb.
Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin XI sinif şagirdi Rahidil Bayramlı və həmin liseyin X sinif şagirdi Xədicə Məhərli olimpiadada yüksək nəticə göstərərək bürünc medala layiq görülüblər.
2017-ci ildən etibarən məktəblilərimizin beynəlxalq fənn olimpiadalarına hazırlıq prosesi Azercell Telekom, Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir. 2022-ci ildən başlayaraq qızlardan ibarət milli olimpiada komandası da şirkətin dəstəyi ilə xüsusi hazırlıq proqramlarına qatılır.
Hazırlıq proqramları çərçivəsində məktəblilərin nəzəri və praktiki biliklərinin inkişafına xüsusi diqqət yetirilir. Eyni zamanda, onların beynəlxalq yarışlarda iştirakının təşviqi və gələcək İT mütəxəssisləri kimi formalaşmasına dəstək göstərilir. Bu təşəbbüs Azərbaycanın beynəlxalq elm və texnologiya platformalarında uğurla təmsil olunmasına da mühüm töhfə verir.
-
Dünya02:00İran ABŞ-a Hörmüzlə bağlı 7 günlük plan göndərdi
-
Qoroskop01:20Günün ulduz falı: xoş xəbərlər alacaqsız
-
Nida Təhlil 25 Sentyabr 22:04Türkiyə mediasında Bakıya qarşı kampaniya cəhdi: BMT-də əslində nə baş verib?
-
Ekologiya25 Sentyabr 20:24Bu payız fərqli olacaq: Aralıq dənizindən gələn siklonlar Azərbaycana necə təsir edəcək?
-
Hadisə25 Sentyabr 19:40Azyaşlını döyən şəxs saxlanıldı - Foto/Yeniləndi
-
Ekologiya25 Sentyabr 19:25Azərbaycanda külək güclənib: bəzi rayonlarda yağış yağır - Faktiki hava
-
Nida Xəbər 25 Sentyabr 18:50Mehdiyevin kürəkəninin şərik olduğu obyektlər satışa çıxarıldı
-
Nida Xəbər 25 Sentyabr 15:38Prezident ona “general-leytenant” ali hərbi rütbəsi verdi - FOTO



















.jpg)















