Elm və təhsil
İmtahan balının artırılması ilə bağlı DİM-dən - AÇIQLAMA
Dövlət İmtahan Mərkəzi (DİM) saxta hesablar vasitəsilə vətəndaşların aldadılması barədə xəbərdarlıq edib.
Publika.az xəbər verir ki, bu barədə mərkəz məlumat yayıb.
Məlumata görə, son vaxtlar sosial şəbəkələrin monitorinqi göstərir ki, "Instagram", "TikTok" və xüsusilə "Telegram"da saxta hesablar vasitəsilə ödəniş müqabilində hər hansı imtahan balının artırılması ilə bağlı qeyri-real çağırışlar edilir və dələduzluq yolu ilə vətəndaşların aldadılmasına cəhd olunur.
"Həmin şəxslər səhifələrini cəlbedici etmək üçün çox vaxt DİM-in loqosu və adından istifadə edirlər.
Onlar hətta öz postlarının altında başqa saxta hesablar vasitəsilə güya kömək aldıqlarını yazmaqla digər vətəndaşlarda maraq oyatmağa çalışırlar. Abituriyentlər və valideynlər diqqətli olmalı və sosial şəbəkələrdə bu tip "təhrikedici" təkliflərin dələduzluq əməli olduğunu bilməlidirlər. Unutmaq lazım deyil ki, belə çağırışlara qoşulmaq hər iki tərəf üçün hüquqi məsuliyyət yaradır".
Bildirilib ki, Dövlət İmtahan Mərkəzi mütəmadi olaraq bu cür səhifələrlə bağlı məlumatları müvafiq hüquq mühafizə orqanlarına təqdim edir.
Qeyd olunub ki, istifadəçilər ayıq olmalı, dələduzların toruna düşməməli və belə süni çağırışlara məhəl qoymamalıdırlar.
"Hər kəs öz biliyinə güvənməli və dərk etməlidir ki, yalnız imtahanda iştirak etməklə müəyyən bal toplaya bilər və həmin bala kimsə müdaxilə edə bilməz".
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"


































