Elm və təhsil
İyunda görünəcək nadir mənzərə: Əvvəlcə Venera ilə Yupiter yaxınlaşacaq, sonra...
İyun ayının ən maraqlı astronomik hadisəsi axşam saatlarında səmada müşahidə olunacaq kiçik planet düzülüşü olacaq.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə müsahibəsində astronom Aleksandr Alekseyev məlumat verib.
Onun sözlərinə görə, iyunun 9-da Yupiter və Venera bir-birinə maksimum yaxınlaşacaq. Hər iki səma cismi gün batımı zamanı adi gözlə aydın şəkildə görünəcək.
Mütəxəssis bildirib ki, bu maraqlı hadisənin detallarını müşahidə etmək üçün teleskop və ya durbindən istifadə etmək daha məqsədəuyğundur.
İyunun 15-də bu iki planetə Merkuri də qoşulacaq. İyunun 17-də isə Ay Yupiterlə Veneranın arasında yerləşərək səma həvəskarlarına daha təsirli mənzərə təqdim edəcək.
İyunun 21-də yay gündönümü baş verəcək. Həmin gün ilin ən uzun gündüzü qeydə alınacaq.
Ayın son astronomik hadisəsi isə iyunun 30-da müşahidə olunacaq. Həmin tarixdə bədirlənmiş Ay görünəcək.
Bundan başqa, iyun ayı ənənəvi olaraq gümüşü buludların daha çox müşahidə edildiyi dövr hesab olunur. Günəş şüaları ilə işıqlanan bu yüksək bulud qatları əsasən gecə saatlarında, xüsusilə də gecəyarısına yaxın şimal üfüqü istiqamətində daha aydın görünür.
Adəm
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"


































