Elm və təhsil
Türkmənistanda Azərbaycan kitabları üçün xüsusi guşə yaradıldı - FOTO
Türkmənistanın Arkadağ şəhər kitabxanasında "Azərbaycan ədəbiyyatı guşəsi"nin açılışı olub.
Publika.az xəbər verir ki, mərasimdə hər iki ölkənin Mədəniyyət nazirliklərinin nümayəndələri, ədəbi-ictimai xadimlər və media mənsubları iştirak ediblər.
Açılışdan öncə jurnalistlərə açıqlama verən Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov artıq dünyanın 19 şəhərində "Azərbaycan ədəbiyyatı guşəsi"nin yaradıldığını qeyd edib.
O, guşənin yaradılmasını iki ölkə arasında ədəbi-mədəni əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb.
Direktorun sözlərinə görə, belə layihələr xalqlar arasında mədəni dialoqun inkişafına, oxucuların Azərbaycan müəlliflərinin əsərləri ilə daha yaxından tanış olmasına imkan yaradır:
"Türkmənistanın Arkadağ şəhərində yaradılan "Azərbaycan ədəbiyyatı guşəsi" də iki qardaş xalq arasında mövcud olan dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcək. Bu Təşəbbüs gələcəkdə kitab mübadiləsi, birgə nəşr layihələri və digər ədəbi-mədəni əməkdaşlıq istiqamətlərinin genişlənməsi üçün yeni imkanlar açacaq".
Daha sonra təqdim olunan nəşrlər barədə qonaqlara ətraflı məlumat verilib.
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22 Oktyabr 22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı

































