Elm və təhsil
Azərbaycanda məktəblərə yeni model tətbiq olunacaq
"İstəyirik bölgənin ən bacarıqlı müəllimlərini bir neçə məktəbə toplayaraq 10 və 11-ci sinif şagirdlərinin ali təhsil müəssisələrinə hazırlığını təmin edək".
Publika.az xəbər verir ki, bunu Gəncədə səfərdə olan elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Nazir yeni modelin mahiyyətini belə izah edib: "Bu, ilkin addımlardır. İnanıram ki, tam orta məktəb modelini formalaşdırmaq üçün bizə bir neçə il lazım olacaq.
İstəyirik ki, uşaqlar 9-cu sinfə qədər bəlli bir məktəbdə oxuduqdan sonra tam orta təhsillərini öz ixtisasları üzrə davam etdirə bilsinlər.
Bu, müəyyən mənada ailələrə də dəstək olacaq, çünki həmin müəllimlər keyfiyyətinə görə seçilən fərqli pedaqoqlar olacaqlar. Təbii ki, kimsə yenə də öz övladını əlavə hansısa proqrama cəlb etmək istəyirsə, burada da ciddi problem görmürəm".
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22 Oktyabr 22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin122 Oktyabr 21:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal22 Oktyabr 21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ

































