Elm və təhsil
Ağdamdakı məktəbdən bu il təkcə o məzun oldu
İşğaldan azad edilmiş Ağdam şəhərindəki 1 nömrəli tam orta məktəbin bu il tək məzunu olmaq mənim üçün böyük qürur və xoşbəxtlikdir.
Publika.az xəbər verir ki, bunu AZƏRTAC-ın bölgəyə ezam olunan müxbirinə öz təəssüratlarını bölüşən məzun Nihad İbrahimov deyib.
O qeyd edib ki, təhsil aldığı məktəbdə dərslər yüksək səviyyədə təşkil olunub, hərtərəfli bilik və bacarıqlar aşılanıb.
“Bundan əvvəl Bakı şəhər 42 nömrəli tam orta məktəbində təhsil almışam. Heç ağlıma da gəlməzdi ki, bir gün öz ata-baba yurdumda məzun olmaq qismətim olacaq. Bu qürurverici günü yaşadığım üçün Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Məhz onun rəhbərliyi ilə torpaqlarımız işğaldan azad edildi, doğma Ağdam yenidən dirçəldi və biz öz yurdumuzda təhsil almaq, böyümək və məzun olmaq sevincini yaşadıq”, - deyə Nihad İbrahimov əlavə edib.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22 Oktyabr 22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin122 Oktyabr 21:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal22 Oktyabr 21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ

































