Elm və təhsil
Otuz üç ildən sonra Horovluda “Son zəng” çalındı - FOTO
İşğaldan azad olunmuş Cəbrayıl rayonunun Horovlu kəndində fəaliyyət göstərən Horovlu kənd tam orta ümumi təhsil məktəbində “Son zəng” tədbiri keçirilib.
Publika.az xəbər verir ki, tədbirdə məktəbin müəllim və şagird kollektivi, valideynlər, kənd sakinləri və qonaqlar iştirak ediblər.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə çıxış edənlər işğaldan azad edilmiş ərazilərdə həyatın bərpasının, məktəblərin yenidən fəaliyyətə başlamasının tarixi əhəmiyyət daşıdığını vurğulayıblar.
Bildirilib ki, 33 illik fasilədən sonra Horovlu kəndində yenidən məktəb zəngi çalınır, şagirdlər müasir təhsil şəraitində oxuyurlar. Bu il məktəbin ilk məzunları təhsil ocağından məzun olaraq yeni həyat mərhələsinə qədəm qoyurlar.
Şagirdlər hazırladıqları bədii-kompozisiyalar, şeirlər və musiqi nömrələri ilə çıxışlar ediblər
Tədbirin sonunda “Son zəng” çalınıb və bununla da işğaldan azad olunmuş Horovlu kəndində 33 ildən sonra ilk dəfə son zəng sədası eşidilib.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22 Oktyabr 22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin122 Oktyabr 21:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal22 Oktyabr 21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ

































