Elm və təhsil
Xaricdə təhsil adı ilə möhlət almaq istəyənlərə pis xəbər
“Təhsil möhlətlərinin verilməsi qanunvericilikdə əks olunub. Akkreditasiyası olan, yəni, həmin ölkədə təhsil fəaliyyəti ilə məşğul olan, lisenziyaya malik təhsil ocaqlarına qəbul olunmuş, orada əyani, yəni fiziki olaraq təhsil prosesində iştirak edən və müvafiq qaydada təhsil arayışına apostil verilmiş və Azərbaycan dilinə tərcümə olunan, həmçinin, notarial qaydada təsdiqlənmiş sənədləri qanunla nəzərdə tutulmuş vaxtda Xidmətin yerli struktur bölmələrinə təqdim olunmuş şəxslərə təhsil möhlətləri verilir”.
Publika.az xəbər verir ki, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-mayor Mürsəl İbrahimov APA və REAL TV-yə müsahibəsində deyib.
“Bu məqamda Cənab Prezidentdən sitat gətirmək istəyərdim – “Diplom heç nədir, bilin. Əgər bilik olmasa, savad olmasa, müasir dünyada bu, əhəmiyyətsiz bir şeydir. Bilik olmalıdır.” Təhsil möhlətlərinin verilməsində normalar mövcuddur, sadəcə, maariflənmək lazımdır. Bu məsələni aydınlaşdırmaq üçün bir neçə məsələyə toxunacağam.
Çağırışçı statusunda gələn vətəndaş artıq xaricdə təhsil alması ilə bağlı arayışı təqdim edir və onlara təhsil möhlətləri verilir. Amma bəzi hallarda nə baş verir? 3 ildən bir komissiyadan keçməli olan hərbi vəzifəli şəxslər komissiyada yararlı hesab olunursa, 1 gün, 3 gün keçəndən sonra bizə arayış gətirirlər ki, mən xaricdə oxuyuram. 1 gündə, 3 gündə magistraturaya, doktoranturaya qəbul olmaq olarmı?
Bəzən də elə ölkələrdə olan universitetlərdə təhsil aldıqlarını iddia edən vətəndaşlar var ki, bilinmir orada hansı dildə təhsil alır? İnandırıram sizi biz həmin şəxslərlə müsahibə keçirsək və desək ki, öz tərcümeyi-halını həmin dildə səsləndir, bunu bacarmayacaqlar. Ona görə də bu gün biz qanunvericilik normalarını gözləyirik. Təhsil möhlətlərinin verilməsi ilə bağlı qərarları biz məhkəmə orqanlarında mübahisələndirməyə hazırıq”, – o qeyd edib.
Xidmət rəisi vurğulayıb ki, bu gün Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi fəaliyyət göstərir, onların saytında Azərbaycanda tanınan təhsil ocaqlarının siyahısı dərc olunub: “Vətəndaşları çağırıram ki, bu siyahıya mütləq qaydada diqqət yetirsinlər. Bəzən bizim vətəndaşlarımızı aldadırlar. Attestatla qəbul haqqında reklamlara tez-tez rast gəlirik. Burada məqsəd nədir: Savad və bilik əldə etmək, yoxsa müddətli həqiqi xidmətdən yayınmaq? Bu məsələ bizi çox narahat edir. Artıq Xidmət olaraq, bizim bununla bağlı bəzi təkliflərimiz hazırlanır. Biz mütəmadi olaraq, bu problemlə rastlaşırıq”.
Onun sözlərinə görə, Xidmət Azərbaycan gənclərinin savadlı olmasının marağındadır, savadlı, bilikli kadrlar bizim ölkənin qürur mənbəyidir: “Biz bu məsələlərlə bağlı qanunvericilikdə dəyişikliklər etməliyik. Bütün faktorlar və meyarlar ölçülməli və təhlil olunmalıdır ki, həqiqətən də oxuyan uşaqlar zərər görməsin. Burada yeni normalar yaradılmalıdır. Bu gün təhsil möhlətlərinin əsasında xidmətdən yayınma da korrupsiyaya şərait yaradır. Biz bu məsələlərə son qoymalıyıq. Oxuyanlara nə lazımdırsa, dəstək verək. Həqiqətən də, xaricdə magistraturada, doktoranturada oxuyan, əziyyət çəkən, imtahanlar verənlər var ki, təhsil möhləti alır. Digəri isə arayış əsasında sadəcə vaxt və vəsait itirir. Bu ədalətlidirmi?! Təbii ki, yox…”
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?





































