Elm və təhsil
Sabah keçiriləcək imtahanla bağlı XƏBƏRDARLIQ
Sabah - 30 iyun tarixində 2026/2027-ci tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən bir sıra lisey və gimnaziyaların 7-ci sinfinə qəbul həyata keçiriləcək.
Publika.az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinnin məlumatına görə, imtahanda şagirdlərə tədris dili və riyazi təfəkkürü ölçən müxtəlif tipli suallar təqdim ediləcək.
İmtahanda iştirak edən şagirdlərdən aşağıdakı məqamlara xüsusi diqqət yetirmələri tələb olunur:
- İmtahanın keçirildiyi məkana müəyyən edilmiş vaxtdan 1 saat əvvəl gəlmək lazımdır.
- Buraxılış vərəqində göstərilən imtahan mərkəzindən fərqli ünvana getmək qadağandır. Şagird yalnız buraxılış vərəqəsində qeyd olunmuş imtahan mərkəzində imtahanda iştirak edə bilər. İştirakçı protokolunda adı olmayan şagirdin imtahana buraxılması mümkün deyil.
- Şagirdlər imtahana gələrkən şəxsiyyətlərini təsdiq edən sənədi və imtahana buraxılış vərəqəsinin çap olunmuş nüsxəsini özləri ilə gətirməlidirlər. Həmin sənədlər təqdim edilmədiyi təqdirdə şagirdin imtahanda iştirakı mümkün olmayacaq.
- İmtahana buraxılış vərəqəsində şagirdin 3×4 ölçülü fotoşəklinin olması mütləqdir. Şəxsiyyət vəsiqəsində fotoşəkli olan şagirdlərin şəkilləri buraxılış vərəqəsinə sistem tərəfindən avtomatik yerləşdirilir. Digər şagirdlər isə buraxılış vərəqəsini çap etdikdən sonra uyğun ölçüdə fotoşəkil əlavə etməlidirlər. Fotoşəkilsiz buraxılış vərəqəsi etibarsız hesab edilir.
- İmtahan mərkəzinə mobil telefon, ağıllı saat, qulaqlıq və digər elektron vasitələr gətirmək qadağandır!
İmtahan mərkəzlərində həmin əşyaların saxlanılması üçün xüsusi yer ayrılmayacaq.
- İmtahan müddətində digər iştirakçılarla ünsiyyət qurmaq, köçürmə hallarına yol vermək və ya imtahanın keçirilməsi qaydalarını pozmaq qadağandır. Bu kimi hallara yol verən şagirdlər barədə müvafiq tədbirlər görülə və onlar imtahandan xaric edilə bilərlər.
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?




































