Elm və təhsil
Şagirdlərin dərs və məşğələdə mobil telefondan istifadəsi qadağan edilir - Rəsmi
Elm və Təhsil Nazirliyinin müvafiq Kollegiya Qərarı ilə məktəbəhazırlıq qruplarında və ümumi təhsil müəssisələrində mobil və elektron cihazlardan istifadəni tənzimləyən yeni Qaydalar təsdiq edilib.
Publika.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) İctimaiyyətlə Əlaqələr Sektorunun müdiri Zenfira Sevdimalı məlumat yayıb.
"Bu Qərar bilavasitə Azərbaycan Respublikası Prezidentinin rəqəmsal mühitdə uşaqların zərərli məzmundan qorunması ilə bağlı Sərəncamının icrasını təmin etmək məqsədi daşıyır", - o bildirib.
Qeyd olunub ki, yeni qaydaların əsas mahiyyəti ümumtəhsil məktəblərində tədrisin keyfiyyətini artırmaq, şagirdlərin diqqətini dərsə yönəltmək və onları rəqəmsal dünyanın mənfi təsirlərindən qorumaqdır.
Qaydalara görə, şagirdlərin dərs və məşğələ müddətində mobil telefon, planşet, ağıllı saat və digər analoji cihazlardan istifadəsi qadağan edilir. Şagirdlər tərəfindən məktəbə gətirilən cihazlar dərs bitənədək söndürülmüş və ya səssiz rejimdə, məktəb rəhbərliyinin müəyyən etdiyi xüsusi yerlərdə saxlanılmalıdır.
Cihazlardan yalnız müəllimin icazəsi və nəzarəti ilə, sırf tədris məqsədləri üçün köməkçi vasitə kimi istifadə oluna bilər. Mobil və elektron cihazlardan yalnız zəruri hallarda (təbii fəlakət və digər fövqəladə hallar, sağlamlıq vəziyyəti ilə bağlı və s.) istifadəyə icazə verilir.
Qaydaların pozulması hallarına nəzarət məktəbin daxili intizam qaydaları ilə tənzimlənəcək. Cihazlardan qanunsuz istifadə aşkarlandıqda, 1 iş günü müddətində valideyn (və ya digər qanuni nümayəndə) dərhal məlumatlandırılacaq, şagirdlə fərdi profilaktik söhbət aparılacaq, valideyn məktəbə dəvət olunaraq müəllimlərlə birgə müzakirə təşkil ediləcək və şagird tərbiyəvi tədbirlərə cəlb olunacaq.
Bu qaydalar sadəcə bir "qadağa" mexanizmi deyil. Qaydalarda vurğulanır ki, məktəblərdə şagirdlər, müəllimlər və valideynlər üçün informasiya təhlükəsizliyi, elektron oyunlar zamanı diqqət yetirilməli olan məqamlar, həmçinin kibertəhlükəsizliyin təmin edilməsi mövzularında mütəmadi maarifləndirmə tədbirləri keçiriləcək.
Yeni qərar məktəblərdə texnologiyanı tamamilə rədd etmir, əksinə, onun nəzarətsiz istifadəsini məhdudlaşdıraraq təhlükəsiz tədris mühiti yaratmağı hədəfləyir.
-
Ekologiya20:24Bu payız fərqli olacaq: Aralıq dənizindən gələn siklonlar Azərbaycana necə təsir edəcək?
-
Hadisə19:40Azyaşlını döyən şəxs saxlanıldı - Foto/Yeniləndi
-
Ekologiya19:25Azərbaycanda külək güclənib: bəzi rayonlarda yağış yağır - Faktiki hava
-
Nida Xəbər 18:50Mehdiyevin kürəkəninin şərik olduğu obyektlər satışa çıxarıldı
-
Nida Xəbər 15:38Prezident ona “general-leytenant” ali hərbi rütbəsi verdi - FOTO
-
Hadisə14:38Bakıda anbarda güclü yanğın başladı - VİDEO
-
Rəsmi xronika12:10Prezident ad günü münasibətilə Kobaxidzeni təbrik etdi
-
Rəsmi xronika12:00Prezident forum iştirakçılarına müraciət etdi - YENİLƏNDİ






































