Elm və təhsil
Bu gün qabiliyyet imtahanında başqasının yerinə imtahana girmək istədi
Bəzi hallarda abituriyentlər qanunsuz yollarla imtahanlardan müsbət nəticə əldə etməyə cəhd edirlər.
Publika.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Bildirilib ki, DİM tərəfindən keçirilən imtahanlarda iştirakçıların bərabər şərtlər altında imtahan verməsi, davranış qaydalarına riayət edilməsinə nəzarət imtahan verənlərin bilik və bacarıqları qiymətləndirilərkən ədalətli seçimin təmin edilməsinə yönəldilir.
"Məlumdur ki, hər bir imtahan nəticəsi elan olunarkən DİM tərəfindən imtahanda baş vermiş qayda pozuntuları haqqında məlumat verilir və imtahanlardan xaric olunmuş abituriyentlərin nəticələrinin ləğv olunması elan edilir.
Bəzi qayda pozuntuları hüquqi məsuliyyət yaradır və qanunvericiliklə adekvat tədbirlərin görülməsini tələb edir. Bunlardan ən əsası imtahanda iştirak etməli olan şəxsin əvəzinə başqa birinin imtahan verməsi və ya ona cəhd etməsidir. Bu, tələbə qəbulu qaydalarında da öz əksini tapıb. Abituriyentin yol verməsi qadağan olunan hərəkətlərdən biri məhz saxta və ya başqasına aid sənəd təqdim etmək, imtahana öz yerinə başqasını göndərməkdir.
Bu gün ali təhsil müəssisələrinin V ixtisas qrupu üzrə İdman istiqamətinə aid qabiliyyət imtahanında bir nəfər başqasının yerinə imtahana daxil olmağa cəhd edib. Yoxlama zamanı həmin şəxsin əsl kimliyi müəyyən edilərək imtahana buraxılmayıb. Burada hər iki tərəf məsuliyyət daşıyır. İlk növbədə imtahanda iştirak etməli olan şəxsin bütün imtahan nəticələri ləğv olunur və müsabiqədən kənarlaşdırılır. Eyni zamanda başqasının yerinə imtahana girmək istəyənin də hüquqi məsuliyyəti var. Təəssüf ki, bu şəxslər bəzən ali təhsil müəssisələrinin aşağı kurs tələbələri olurlar və nəticədə onlar ali məktəbdən xaric oluna bilərlər.
Daha əvvəl də bu kimi hallara qarşı Dövlət İmtahan Mərkəzi əlaqədar qurumlarla birlikdə müxtəlif tədbirlər həyata keçirib. Ötən illərdə belə qayda pozuntuları ilə bağlı hüquq mühafizə orqanları müvafiq addımlar atıb və aidiyyəti məhkəmələr tərəfindən lazımi qərarlar verilib.
Odur ki, imtahan iştirakçıları belə məsələlərdə öz məsuliyyətini dərk etməli və bu cür qayda pozuntularından çəkinməlidirlər. Dövlət İmtahan Mərkəzi bir daha vətəndaşlara müraciət edərək, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu, eləcə də digər imtahanlarla bağlı qanunvericiliyin tələblərinə tam riayət etməyə çağırır. Bu sahədə mövcud qanunvericiliyin tələblərini pozan şəxslərə qarşı müvafiq qurumlar tərəfindən ciddi tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcək.
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?




































