Elm və təhsil
104 azərbaycanlı Macarıstanda təhsil alacaq
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında imzalanmış 2024–2026-cı illər üzrə “Stipendium Hungaricum” təqaüd proqramı çərçivəsində əməkdaşlığa dair Anlaşma Memorandumuna əsasən, 2026/2027-ci tədris ili üçün 104 Azərbaycan vətəndaşı Macarıstanın nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.
Publika.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, Macarıstan tərəfinin yekun seçim nəticələrinə əsasən, proqrama qəbul olunan namizədlərdən 11 nəfəri bakalavriat, 80 nəfəri magistratura, 13 nəfəri isə doktorantura səviyyəsində təhsil alacaq.
"Tələbələr kompüter elmləri, data elmləri, maliyyə, beynəlxalq iqtisadiyyat və biznes, beynəlxalq münasibətlər, menecment, kimya mühəndisliyi və digər prioritet istiqamətlər üzrə ixtisaslaşacaqlar.
Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində seçilmiş namizədlər Macarıstanın aparıcı ali təhsil müəssisələri sırasında yer alan Eötvös Loránd University, Corvinus University of Budapest, Budapest University of Technology and Economics, Óbuda University, University of Debrecen, Budapest University of Economics and Business və digər universitetlərdə təhsil almaq imkanı əldə ediblər", - məlumatda vurğulanıb.
Qeyd edilib ki, “Stipendium Hungaricum” təqaüd proqramı Azərbaycan və Macarıstan arasında təhsil sahəsində əməkdaşlığın inkişafına, gənclərin beynəlxalq akademik mühitdə bilik və bacarıqlarını artırmasına, eləcə də ölkəmiz üçün prioritet sahələr üzrə yüksəkixtisaslı kadr potensialının formalaşdırılmasına mühüm töhfə verir.
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi






-(1080-x-1350-dddon.)-(dddin)-(22)__2.webp)






























