Elm və təhsil
Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri açıqlandı
İyunun 30-da mərkəzləşdirilmiş qaydada təşkil olunan lisey və gimnaziyalara qəbul imtahanının nəticələri açıqlanıb və iştirakçıların şəxsi kabinetlərinə göndərilib.
Bu barədə Publika.az-a Azərbaycan Respublikasının Təhsil İnstitutundan məlumat verilib.
Bildirilib ki, lisey və gimnaziyalar üzrə seçim prosesi 8 iyul saat 11:00-da başlayıb 14 iyul saat 12:00-dək davam edəcək.
Lisey və gimnaziya seçimləri şəxsi kabinetlərdə yerləşən "İmtahanlar" bölməsinin "Lisey seçimi" hissəsi vasitəsilə həyata keçirilir. Bu mərhələdə namizədlər maksimum 3 lisey seçə bilərlər. Seçimdə 3 lisey qeyd etmək məcburi deyil. Şagird və valideynlərə yalnız təhsil almağı planlaşdırdıqları lisey və ya gimnaziyanı seçmək tövsiyə edilir.Şagird seçdiyi lisey və ya gimnaziyaya qəbul olunduğu təqdirdə şagirdlərin elektron yerdəyişmə sistemi aktivləşdiriləcək və onun üçün avtomatik yerdəyişmə sorğusu yaradılacaq. Qəbul olunan şagirdlərin sənəd qəbulu prosesinin avqust ayının ilk yarısında həyata keçirilməsi nəzərdə tutulur.
Qeyd olunub ki, qəbul imtahanı ölkə üzrə 41 müxtəlif imtahan mərkəzində təşkil olunub və prosesdə 7 minə yaxın şagird iştirak edib. İmtahan prosesi bütün mərkəzlərdə uğurla həyata keçirilib.
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi




































