Elm və təhsil
Dövlət icra məmuru vəzifəsinə qəbulla bağlı imtahan keçirildi - YENİLƏNDİ
Bu gün Dövlət İmtahan Mərkəzi Ədliyyə Nazirliyi ilə birgə dövlət icra məmuru fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün test imtahanı keçirib.
Publika.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
İmtahan kompüterlər vasitəsilə elektron formada aparılıb.
Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin DİM-in saytına yerləşdiriləcək.
İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 13 – 15 iyul tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin əsas inzibati binasında fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299.
11:31
Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası Dövlət İmtahan Mərkəzi ilə birlikdə iyulun 12-də dövlət icra məmuru vəzifəsinə qəbulla bağlı test imtahanı keçirir.
Publika.az-ın məlumatına görə, imtahanda namizədlərə ümumilikdə 100 sual təqdim olunub. Onlardan 60-ı icra məmurunun fəaliyyətində tətbiq olunan qanunvericiliyə, 40-ı isə məntiqi nəticələr çıxarmaq qabiliyyəti, ümumi bilik səviyyəsi, dünyagörüşü və ünsiyyət bacarıqlarının qiymətləndirilməsinə aiddir. Qanunvericilik üzrə hər sual 1, digər istiqamətlər üzrə isə hər sual 0,5 balla qiymətləndirilir. Keçid balı 55-dir.
İmtahanda Bakı və bölgələrdən 523, Naxçıvan Muxtar Respublikasından isə 104 namizəd iştirak edir. Namizədlər imtahanı başa vurduqdan dərhal sonra topladıqları balla tanış ola biləcəklər.
Test mərhələsini uğurla keçən, eləcə də həmin mərhələdən azad olunaraq müsahibədə iştirak etmək istəyən şəxslər "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət icra məmurlarının qulluğa qəbulu ilə bağlı müsabiqənin və icbari təlimin keçirilməsi Qaydası"nın 2.7-ci bəndində nəzərdə tutulmuş sənədləri 15 iş günü ərzində, hər gün saat 09:00-dan 18:00-dək Ədliyyə Nazirliyinin İnsan resursları idarəsinə (Bakı şəhəri, İnşaatçılar prospekti 1) təqdim etməlidirlər.
Təqdim olunan sənədlər əsasında "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanunun tələblərinə cavab verən namizədlər müsabiqənin ikinci mərhələsi olan söhbətə buraxılacaqlar.
-
Nida Xəbər 18:50Mehdiyevin kürəkəninin şərik olduğu obyektlər satışa çıxarıldı
-
Nida Xəbər 15:38Prezident ona “general-leytenant” ali hərbi rütbəsi verdi - FOTO
-
Hadisə14:38Bakıda anbarda güclü yanğın başladı - VİDEO
-
Rəsmi xronika12:10Prezident ad günü münasibətilə Kobaxidzeni təbrik etdi
-
Rəsmi xronika12:00Prezident forum iştirakçılarına müraciət etdi - YENİLƏNDİ
-
Dünya11:48Yaponiya fəlakətə belə hazırlaşır
-
Sosial11:18Hərbçilərə şad xəbər: Maaşları bu qədər artırılacaq
-
İdman10:42Dünyanın ən seksual qolfçusu bir saat ərzində belə dəyişdi - FOTOLAR





































