Elm və təhsil
Peşə təhsili üzrə ixtisasların sayı 250-yə yaxın olacaq
“Peşə təhsili üzrə ixtisasların mövcud təsnifatı 800-dən artıq ixtisası əhatə edir. Həmin təsnifatın dəyişdirilməsi zərurəti yaranıb. Əmək bazarında baş verən dəyişikliklər yeni peşə təhsili təsnifatının layihəsinin hazırlanmasını zəruri edib”.
Publika.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nın yenilənməsi ilə bağlı keçirilən görüşdə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, burada ixtisasların təsnifatının yenilənməsi nəzərdə tutulur.
“Tamamilə yenilənmiş peşə təhsili təsnifatı müzakirəyə təqdim olunub. Ümumilikdə 250-yə yaxın ixtisas qeyd edilib. İxtisasların seçilməsi əmək bazarının tələbləri əsasında aparılacaq. Cari ilin sonunda peşə təhsili üzrə ixtisasların yeni təsnifatı hökumət tərəfindən təsdiqlənə bilər”.
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz





































