Elm və təhsil
Bu məlumatlar həqiqəti əks etdirmir - DİM
Dövlət İmtahan Mərkəzi doktoranturaya qəbul zamanı beynəlxalq dil sertifikatlarını tanımaması ilə bağlı yayılan məlumatların həqiqəti əks etdirmədiyini açıqlayıb.
Publika.az xəbər verir ki, DİM yalnız beynəlxalq dil imtahanlarının rəsmi imtahan mərkəzlərində keçirilmiş nəticələrini məqbul hesab edir.
“Beynəlxalq dil sertifikatlarının tanınması ilə bağlı tətbiq olunan yanaşma öncədən ictimaiyyətə açıqlanıb. Bu barədə DİM-in rəsmi internet səhifəsində, eləcə də “Doktorantura – 2026” jurnalında məlumat verilib. Orada qeyd olunur ki, TOEFL iBT Home Edition və IELTS-in onlayn versiyaları üzrə əldə olunan nəticələrin etibarlılığı və obyektivliyi ilə bağlı risklər nəzərə alınaraq, zərurət yarandıqda namizədlərin dil biliyinin səviyyəsini dəqiqləşdirmək, əlavə izahat almaq və ya dil bacarıqlarını yoxlamaq məqsədilə üzbəüz formatda müsahibə və ya qiymətləndirmə xarakterli görüşlər keçirilir”, – deyə məlumatda bildirilib.
DİM vurğulayıb ki, dünyanın bir sıra nüfuzlu ali təhsil müəssisələri də qəbul siyasətlərinə uyğun olaraq bu tip imtahan nəticələrini ya ümumiyyətlə qəbul etmir, ya da onlarla bağlı əlavə yoxlama və ya məhdudiyyətlər tətbiq edir:
“Bu səbəbdən Dövlət İmtahan Mərkəzinin yanaşması beynəlxalq praktikadan kənar və ya istisna xarakterli hesab edilə bilməz. Eyni zamanda qeyd edilməlidir ki, ETS tərəfindən də TOEFL iBT Home Edition sertifikatlarının qəbul edilib-edilməməsi məsələsi ali təhsil müəssisələrinin və nəticəni qəbul edən təşkilatların səlahiyyətinə verilib. Başqa sözlə, ETS Home Edition nəticələrinin bütün qurumlar tərəfindən mütləq qəbul edilməsini tələb etmir. Bu barədə qərar qəbul edən təşkilatın daxili qaydaları və qiymətləndirmə siyasəti əsasında müəyyən edilir”.
Qeyd edək ki, sosial şəbəkələrdə doktoranturaya qəbul üçün sənəd təqdim edən namizədlərin beynəlxalq ingilis dili sertifikatlarının DİM tərəfindən tanınmaması, əvəzində onlardan yenidən dil imtahanı və ya müsahibə tələb olunması ilə bağlı məlumatlar yayılmışdı.
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...






































