Elm və təhsil
Təhsilə ən çox hansı ölkələr pul xərcləyir? - Təəccübləndirən adlar
Təhsilə yönəldilən dövlət xərclərinin həcmi bu və ya digər ölkənin öz qarşısına hansı prioritetləri qoyduğunu anlamağa imkan verir. Lakin yalnız büdcə xərclərinin mütləq rəqəmlərinin müqayisəsi insanı yanılda bilər.
Publika.az xəbər verir ki, dünya reytinqində lider mövqeləri kiçik ada dövlətləri tutur. Kiribati təhsilə ÜDM-in 16,4, Tuvalu 12,9, Mikroneziya Federativ Ştatları isə 11,6 faizini yönəldir.
İri ölkələr sırasında təhsilə ÜDM-in 9,1 faizini xərcləyən Namibiya və 9,0 faizini xərcləyən Əlcəzair xüsusilə seçilir. Bu, onu göstərir ki, təhsilə yüksək investisiya səviyyəsi yalnız zəngin dövlətlərə xas deyil.
Əgər dünyanın 40 ən böyük iqtisadiyyatını nəzərdən keçirsək, ilk yerdə təhsilə ÜDM-in 7,3 faizini yönəldən İsveç dayanır. Onu Danimarka (6,4 faiz) və Belçika (6,3 faiz) izləyir. Təhsilə ən böyük xərclər ayıran ən iri iqtisadiyyatlar arasında Böyük Britaniya (5,9 faiz), Braziliya (5,6 faiz), ABŞ (5,4 faiz) və Cənubi Koreya (5,4 faiz) da var.
İqtisadi inkişaf səviyyəsi özlüyündə təhsilə edilən xərclərdəki fərqləri izah etmir. Dünyanın ən böyük iqtisadiyyatları arasında təhsil üçün çox böyük vəsait ayıran ölkələrlə yanaşı, nisbətən mülayim büdcəyə malik dövlətlər də var.
Məsələn, İsveç və Danimarka təhsilə ÜDM-in 6 faizindən çoxunu yönəltdiyi halda, Sinqapur cəmi 2,2, İrlandiya 2,9, Yaponiya isə 3,3 faiz xərcləyir.
Bəzi inkişaf etməkdə olan ölkələr təhsilə öz iqtisadiyyatlarının payını daha zəngin dövlətlərdən belə daha böyük hissəsini yatırırlar. Məsələn, Braziliya bu məqsədlər üçün ÜDM-in 5,6 faizini, Cənubi Afrika isə 6,0 faizini ayırır.
Hüseyn İbadlı
-
Nida Xəbər 15:38Prezident ona “general-leytenant” ali hərbi rütbəsi verdi - FOTO
-
Hadisə14:38Bakıda anbarda güclü yanğın başladı - VİDEO
-
Rəsmi xronika12:10Prezident ad günü münasibətilə Kobaxidzeni təbrik etdi
-
Rəsmi xronika12:00Prezident forum iştirakçılarına müraciət etdi - YENİLƏNDİ
-
Dünya11:48Yaponiya fəlakətə belə hazırlaşır
-
Sosial11:18Hərbçilərə şad xəbər: Maaşları bu qədər artırılacaq
-
İdman10:42Dünyanın ən seksual qolfçusu bir saat ərzində belə dəyişdi - FOTOLAR
-
Dünya10:30Trampın türk kürəkəni: Toyda özü də iştirak edəcək - FOTO

















.jpg)




















