Elm və təhsil
DİM sədrindən ixtisaslaşma seçimi ilə bağlı xəbərdarlıq - Bunu etmək olmaz
“Öz təhsil trayektoriyanızı modelləşdirin. İxtisaslaşma seçimi zamanı bir istiqamətlə kifayətlənmək əvəzinə bir neçə mümkün ssenari hazırlamaq faydalıdır”.
Publika.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə "Facebook" hesabında yazıb.
“Birinci ssenari — arzulanan seçim
Ən çox maraq göstərdiyiniz və gələcək məqsədlərinizə ən uyğun gələn proqramlar.
İkinci ssenari — real seçim
Topladığınız bala, plan yerlərinin sayına və ötən ilin müsabiqə vəziyyətinə uyğun olan proqramlar.
Üçüncü ssenari — ehtiyat seçim
Əsas məqsədinizə yaxın olan və sizə real peşəkar imkanlar verə biləcək alternativ proqramlar.
Jurnalda göstərildiyi kimi, bakalavr uyğun proqramların birinə və ya bir neçəsinə daxil olan dövlət sifarişli və ödənişli ixtisaslaşmaları seçə bilər. Elektron ərizəyə daxil edilən ixtisaslaşmaların ümumi sayı isə 20-dən çox olmamalıdır.
Bu 20 yeri təsadüfi şəkildə kodlaşdırmaq olmaz. Seçimlər həqiqi üstünlük sırasına uyğun aparılmalıdır.
Bal sizin seçiminizi əvəz etməməlidir. Bal yalnız öz qərarınızı verərkən istifadə etdiyiniz meyarlardan biri olmalıdır”, - deyə o paylaşımında qeyd edib.
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
























.jpg)













