Elm və təhsil
Bakı bu reytinqdə ilk 100-lüyə daxil oldu
Dünyanın nüfuzlu reytinq təşkilatlarından olan Quacquarelli Symonds (QS) tərəfindən 2026-cı il üzrə "Best Student Cities" (Dünyanın ən yaxşı tələbə şəhərləri) reytinqi açıqlanıb.
Bu barədə Publika.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, dünyanın müxtəlif ölkələrindən 150 şəhərin qiymətləndirildiyi reytinqdə Bakı ötən illə müqayisədə 22 pillə irəliləyərək 95-ci yerdə qərarlaşıb.
Bakı bu mövqeni Böyük Britaniyanın Aberdin, Çinin Quançjou və Cənubi Afrika Respublikasının Yohannesburq şəhərləri ilə bölüşür. Reytinq nəticələrinə əsasən, Bakı Cənubi Qafqaz regionunda ən yüksək nəticə göstərərək regionun lider tələbə şəhəri olub. Eyni zamanda, şəhər Mərkəzi Asiyanın bir sıra aparıcı şəhərlərini də geridə qoyub. Belə ki, reytinqdə Astana 119-cu, Bişkek 137-ci, Daşkənd isə 146-cı mövqedə yer alır. QS-in "Best Student Cities" reytinqi şəhərləri ali təhsil və tələbə həyatı üçün əlverişlilik baxımından kompleks şəkildə qiymətləndirir.
Qiymətləndirmə zamanı şəhərdə fəaliyyət göstərən universitetlərin QS Dünya Universitetləri Reytinqindəki göstəriciləri, məzunların məşğulluq imkanları, təhlükəsizlik və yaşayış mühiti, təhsil və yaşayış xərclərinin əlverişliliyi, beynəlxalq tələbələrin sayı və müxtəlifliyi, eləcə də həmin şəhərdə təhsil almış tələbələrin rəyləri nəzərə alınır.
-
Nida Xəbər 15:38Prezident ona “general-leytenant” ali hərbi rütbəsi verdi - FOTO
-
Hadisə14:38Bakıda anbarda güclü yanğın başladı - VİDEO
-
Rəsmi xronika12:10Prezident ad günü münasibətilə Kobaxidzeni təbrik etdi
-
Rəsmi xronika12:00Prezident forum iştirakçılarına müraciət etdi - YENİLƏNDİ
-
Dünya11:48Yaponiya fəlakətə belə hazırlaşır
-
Sosial11:18Hərbçilərə şad xəbər: Maaşları bu qədər artırılacaq
-
İdman10:42Dünyanın ən seksual qolfçusu bir saat ərzində belə dəyişdi - FOTOLAR
-
Dünya10:30Trampın türk kürəkəni: Toyda özü də iştirak edəcək - FOTO

















.jpg)




















