Elm və təhsil
Jurnalistika ixtisasına qeydiyyat başladı
Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı başlanıb.
Publika.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, III ixtisas qrupu üzrə (DT altqrupu) imtahan verərək müsabiqə şərtini ödəyən (ümumi balı ən azı 200, imtahanın ikinci mərhələsi üzrə balı isə ən azı 100 bal olmalıdır) və “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlər 24 – 27 iyul (saat 23:59-dək) tarixlərində DİM-in internet səhifəsinə daxil olaraq sorğu anketi doldurmaqla qeydiyyatdan keçməlidirlər.
Tələbə qəbulu elanının “Ərizə qəbulu” bölməsinin 3-cü bəndində göstərilən kateqoriyadan olan və digər XQTİ‑lər üzrə qeydiyyatdan keçməyən abituriyentlərin cari ildə “Jurnalistika” ixtisası üzrə qabiliyyət imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olur. Eyni bölmənin 4-cü bəndində göstərilən kateqoriyadan olan abituriyentlərin isə hamısının “Jurnalistika” ixtisası üzrə qabiliyyət imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
Digər abituriyentlər qeydiyyatdan keçmək üçün tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə etməlidirlər.
Abituriyentlər imtahanda təqdim olunan mövzu üzrə yazı işi (inşa) yerinə yetirirlər.
“Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qabiliyyət imtahanı avqustun 4-də kompüter vasitəsilə keçiriləcək. Bu ildən abituriyentlər inşanı elektron formada kompüterdə yazacaqlar. Kompüterdə yazı işinin yerinə yetirilməsi abituriyentlərə fikirlərini oxunaqlı və səliqəli şəkildə təqdim etmək, zərurət olduqda mətni rahat redaktə etmək və beləliklə, ayrılan vaxtdan səmərəli istifadə imkanı yaradacaq. Bu yenilik qiymətləndirmə prosesinin də daha səmərəli təşkilinə imkan yaradacaq, əl yazısının oxunması ilə bağlı çətinliklər aradan qalxacaq və qiymətləndiricilər diqqətlərini yalnız işin məzmununa yönəldə biləcəklər.
Əlavə olaraq qeyd edək ki, imtahan müddəti də 30 dəqiqə artırılıb və yazı işinin yerinə yetirilməsinə 3 saat vaxt veriləcək.
Bu mərhələdən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı “Jurnalistika” ixtisasını da seçə bilərlər.
Qabiliyyət imtahanı mərhələsində abituriyentlərə təklif olunacaq inşa mövzuları, abituriyentlərin yazacaqları inşaya (esseyə) verilən tələblərlə buradan (Azərbaycan və rus dilində) tanış ola bilərsiniz.
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı























.jpg)














