Elm və təhsil
Azərbaycanda qapısına qıfıl vurulan universitetlər - Niyə fəaliyyətləri dayandırılıb?
Müstəqillik illərində Azərbaycanda ali təhsil sistemində bir sıra ciddi islahatlar aparılıb. Bu islahatlar nəticəsində bəzi ali təhsil müəssisələrinin fəaliyyəti tamamilə dayandırılıb, bəziləri isə digər universitetlərlə birləşdirilib. Əsas səbəblər sırasında təhsil standartlarına cavab verməmək, lisenziya tələblərini pozmaq, qanunsuz tələbə qəbulu və ali təhsil sisteminin optimallaşdırılması dayanıb.
Publika.az xəbər verir ki, müstəqillik illərində Azərbaycanda fəaliyyəti dayandırılan və ya digər müəssisələrə birləşdirilən ali məktəblərin siyahısını təqdim edir:
Müstəqil Azərbaycan Universiteti
Universitet müxtəlif ixtisaslar üzrə tələbə qəbul etsə də, sonradan maliyyə problemləri və təhsil standartlarına uyğun fəaliyyət göstərə bilməməsi səbəbindən çətinliklərlə üzləşib. 2005-ci ildə ali məktəbin fəaliyyəti dayandırılıb və universitet təhsil bazarından çıxıb.
Azərbaycan Beynəlxalq Universiteti (ABU)
Təhsil qanunvericiliyini pozduğu və qanunsuz tələbə qəbulu keçirdiyi üçün 2010-cu ildə lisenziyası ləğv edilib.
Azərbaycan İctimai-Siyasi Universiteti
2014-cü ildə lisenziya müddətinin bitməsi səbəbindən fəaliyyəti tamamilə dayandırılıb.
Bakı Asiya Universiteti
Təhsil fəaliyyətinin müvəqqəti dayandırılması ilə bağlı öz müraciəti əsasında Təhsil Nazirliyinin qərarı ilə 2015-ci ildə bağlanıb.
Təfəkkür Universiteti
Universitetin Təsisçilər Şurasının qərarı və lisenziya müddətinin uzadılmaması səbəbindən 2017-ci ildə fəaliyyətinə son qoyulub.
Naxçıvan Universiteti
1999-cu ildə özəl ali təhsil müəssisəsi kimi dövlət qeydiyyatına alınan universitetin fəaliyyətinin dayandırılması ilə bağlı qərar 2024-cü ilin fevralında qəbul edilib.
Elm və təhsil naziri Emin Əmrullayev universitetin bağlanmasının təsisçinin müraciəti və qərarı əsasında həyata keçirildiyini bildirib. Qərara əsasən, sonuncu kurs tələbələri təhsillərini həmin universitetdə başa vurub, aşağı kurs tələbələri isə digər ali təhsil müəssisələrinə köçürülüblər.
Bakı Qızlar Universiteti
2000-ci ildə yaradılmış ali məktəb uzun illər yalnız qız tələbələr üçün fəaliyyət göstərib. Sonradan lisenziyası uzadılmayıb və universitet fəaliyyətini dayandırıb. 2026-cı il iyulun 22-də Akkreditasiya Şurasının qərarı ilə universitet institusional akkreditasiya qiymətləndirilməsindən mənfi rəy alıb.
Təhsilin keyfiyyəti və ali təhsil müəssisələrinə qoyulan tələbləri ödəmədiyi üçün universitetin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib. Tələbələrin təhsillərini digər ali təhsil müəssisələrində davam etdirməsi nəzərdə tutulur.
Birləşdirilən və Optimallaşdırılan Universitetlər
Azərbaycan Müəllimlər İnstitutu (AMİ)
Ali təhsil müəssisələrinin şəbəkəsini optimallaşdırmaq məqsədilə 2015-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə (ADPU) birləşdirilib.
Bakı İslam Universiteti
2018-ci ildə fəaliyyətini dayandırıb və funksiyaları yeni yaradılan Azərbaycan İlahiyyat İnstitutuna dövr edilib. (Lent.az)
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir



















.jpg)





.jpg)













