Elm və təhsil
MİQ-də vakansiya seçimi başladı
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə başlanıldı.
Publika.az xəbər verir ki, bu mərhələdə ilkin olaraq vakant yer seçmək imkanı test imtahanında minimum keçid balını toplamış şəhid ailəsi üzvlərinə təqdim edilir.
Şəhid ailəsi üzvləri üçün vakansiya seçimi prosesi 6 avqust saat 11:00-dək davam edəcək.
Namizədlər elektron ərizə formalarında ən çoxu 8 vakant yer seçmək hüququna malikdirlər. Seçilmiş vakant vəzifələrə yerləşdirilmə namizədin göstərdiyi ardıcıllıq nəzərə alınmaqla həyata keçirilir.
Vakant yer tutduqdan sonra ondan imtina edən namizədlərin növbəti vakansiya seçimi mərhələlərində iştirakı təmin olunmayacaq.
Qeyd edək ki, növbəti mərhələlərdə faktiki yaşayış yerinə uyğun olaraq həvəsləndirmə tədbirləri tətbiq edilən ümumi təhsil müəssisələri üzrə vakansiya seçimi, eləcə də ümumi vakansiya seçimi turu keçiriləcək. Sözügedən mərhələlərin keçirilmə tarixləri barədə ictimaiyyətə əlavə məlumat təqdim ediləcək.
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir

















.webp)






.jpg)













