Elm və təhsil
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Yer Günəşin qırmızı nəhəngə çevrilməsindən sonra da yaşayış üçün əlverişli qala bilər. Tədqiqatçılar bunun üçün Günəş sisteminin özündə nəhəng mühəndislik layihəsinin həyata keçirilməsini təklif edib.
Publika.az xəbər verir ki, araşdırma "arXiv" elmi platformasında dərc olunub.
Müasir elmi hesablamalara görə, təxminən bir milyard ildən sonra Günəş qırmızı nəhəng mərhələsinə keçəcək. Bu zaman o qədər böyüyəcək və qızacaq ki, Yerin okeanları və atmosferi yox olacaq, planetin isə Günəş tərəfindən udulacağı ehtimal edilir.
Bunun qarşısını almaq üçün tədqiqatçılar Yeri şişmiş Günəşin radiasiyasından qoruyacaq nəhəng sipər (ekran) tikilməsini təklif edir. İşıq və istilik mənbəyi isə Yupiterin atmosferinin dərin qatlarında yerləşdiriləcək termonüvə reaktorları olacaq. Alınan enerjinin güclü lazerlər vasitəsilə Yerə ötürülməsi nəzərdə tutulur.
Layihəyə əsasən, Yer də tədricən daha uzaq orbitə köçürülməlidir ki, Günəş tərəfindən udulmasın. Bunun üçün hissəcik axınından istifadə edilən qravitasiya manevrləri təklif olunur.
Alim hesab edir ki, Yerin daxili soyuduqdan sonra geoloji fəallığı da qorunmalıdır. Bu məqsədlə planetin nüvəsinə kiçik həcmdə antimaddə çatdırılması və onun ayrılan istilik hesabına tektonik prosesləri davam etdirməsi ideyası irəli sürülüb.
Bundan əlavə, çox uzaq gələcəkdə Süd Yolu ilə Andromeda qalaktikalarının birləşməsi zamanı təhlükəli yaxınlaşmaların qarşısını almaq üçün bütün Günəş sisteminin mövqeyinin dəyişdirilməsi də mümkün variant kimi göstərilir.
Müəllifin fikrincə, bu yanaşma bəşəriyyətin başqa ulduz sistemlərinə köçürülməsi ilə müqayisədə minlərlə, hətta milyonlarla dəfə az enerji tələb edəcək və Yerdə həyatın təxminən 9,1 kvadrilyon il daha davam etməsinə imkan verə bilər.
Bununla belə, tədqiqatçı vurğulayır ki, söhbət hazırkı texnologiyalarla həyata keçirilə biləcək layihədən deyil, yalnız fiziki baxımdan mümkün ssenariləri araşdıran konseptual elmi işdən gedir.
Müəllif: Adəm
-
İdman03:43Messi vida üçün milliyə çağırıldı
-
Dəb03:13Qış üçün ən zövqlü ayaqqabılar - 1990-cı illərin modeli dəbə qayır
-
Paranormal00:45Komadan ayılan qadın mələk gördü, ana dilini unutdu - ““Paralel dünya”ya düşmüşdüm”
-
İdman00:15Ronaldo komandasını sarsıdıcı məğlubiyyətdən xilas edə bilmədi
-
Qoroskop00:00Günün ULDUZ FALI - Kiçik sevgi jestləri münasibətinizi şirinləşdirəcək
-
Sağlamlıq15 Sentyabr 22:48Şam yeməyi üçün ideal vaxt müəyyən edildi
-
İdman15 Sentyabr 22:36Aida Əliyeva yüksək vəzifəyə təyin edildi - RƏSMİ
-
ABŞ15 Sentyabr 22:24Trampın müşaviri Mertsə sərt cavab verdi










.jpg)






.png)

















.jpg)

