Elm və təhsil
Məktəbəhazırlıq qruplarına bu qədər uşaq qeydiyyatdan keçdi
Bu gün saat 10:00-a olan məlumata əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına 17 743 uşaq elektron qeydiyyatdan keçib.
Publika.az xəbər verir ki, bu barədə BŞTİ məlumat yayıb.
Bildirilib ki, elektron qeydiyyatdan keçən uşaqlardan 13 789 nəfəri üçün aktiv sorğu yerləşdirilib.
Məktəbəhazırlıq qruplarına qeydiyyat prosesi www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılır. Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi 21 iyul, tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi isə 22 iyul tarixindən aktiv edilib. Məktəbəhazırlıq qruplarına qəbul sentyabrın 14-dək davam edəcək. Ümumi təhsil müəssisələrinə sənədlərin təqdim olunması isə 01-30 sentyabr 2026-cı il tarixlərində həyata keçiriləcək.
Qeyd edək ki, məktəbəhazırlıq qruplarına cari ildə 5 yaşı tamam olan uşaqlar (2021-ci il təvəllüdlü) qəbul edilirlər.
Onu da qeyd edək ki, məktəbhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların psixoloji dayanıqlığını artırmaq, ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etmək və onları təhsil mühitinə uyğunlaşdırmaqdan ibarətdir.
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
























.jpg)













