Elm və təhsil
Məleykə Abbaszadə III qrup üzrə keçid ballarını açıqladı
Ali təhsil müəssisələrinə qəbulda ən gərgin müsabiqə vəziyyəti ənənəvi olaraq III ixtisas qrupunda müşahidə olunur.
Publika.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə sosial mediada canlı yayım zamanı deyib.
DİM sədri üçüncü qrupda ümumi plan yerlərinin sayının 15 mindən çox olduğunu bildirib. Onun sözlərinə görə, burada dövlət sifarişli, yəni ödənişsiz yerlərin payı olduqca azdır — plan yerlərinin cəmi 26 faizini təşkil edir. Bu qrupun fərqli altqruplarında vəziyyət dəyişsə də, ümumilikdə hər birində kifayət qədər yüksək müsabiqə şəraiti yaranıb".
M.Abbaszadə abituriyentlərin ən çox maraqlandığı keçid ballarının builki dinamikasına da toxunub:
"Ötən illə müqayisədə bu il 600-dən yuxarı bal toplayanların keçid balı təxminən 10 bal aşağı düşə bilər. 400-dən yuxarı nəticə göstərənlər üçün vəziyyət ötən ilin səviyyəsində qalacaq. Lakin aşağı intervalda, yəni nisbətən az bal toplayanlar arasında rəqabət böyük olduğundan balların artacağı gözlənilir. 150 bal toplayanlara və subbakalavrlara şans qalacağına inanmıram".
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
-
İdman22 Sentyabr 21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”





































