Elm və təhsil
Direktor vəzifəsinə işə qəbul üzrə elektron qeydiyyat başlayır
Dövlət ümumi təhsil müəssisələrində direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə başlanılır.
Bu barədə Publika.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.
Bildirilib ki, elektron qeydiyyat avqustun 18-i saat 11:00-da başlayacaq və avqustun 21-i saat 17:00-dək davam edəcək.
Namizədlər qeydiyyatdan miq.edu.az/direktor elektron portalı vasitəsilə keçə bilərlər.
Qeyd olunub ki, müsabiqə Elm və Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada, proqram təminatı vasitəsilə həyata keçiriləcək. Müsabiqə seçim və müsahibə mərhələlərindən ibarətdir.
Seçim mərhələsində namizədlərin təqdim etdikləri məlumat və sənədlərin düzgünlüyü yoxlanılacaq. Bu mərhələni uğurla başa vuran namizədlər müsahibəyə dəvət ediləcəklər. Müsahibəyə dəvət qaydalara uyğun olaraq ardıcıllıq əsasında həyata keçiriləcək.
Müsahibə mərhələsi Elm və Təhsil Nazirliyi tərəfindən yaradılan müvafiq komissiyalar tərəfindən keçiriləcək. Namizədlərin liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, həmçinin sosial və emosional bacarıqları qiymətləndiriləcək.
Hər bir namizəd müsabiqənin nəticələri ilə "Şəxsi səhifə" vasitəsilə tanış ola biləcək.
Müsabiqədə uğur qazanan namizədlərlə əmək münasibətləri qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdiriləcək.
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?













.jpg)









.jpg)














