Elm və təhsil
İxtisas seçimi üçün son gün: Qeydiyyatdan keçənlərin sayı 84 mini ötdü - YENİLƏNDİ
Saat 17:35-ə olan məlumata əsasən, 84487 abituriyent (subbakalavr) ərizəsini təsdiq edib.
Publika.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi bu gün başa çatır. Abituriyentlər bu gün saat 23:59-dək qəbul olmaq istədikləri ixtisasları “Abituriyentin (subbakalavrın) elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.
"Bununla yanaşı, 1500-dən artıq abituriyent ixtisas seçimi edib öz ərizələrini yadda saxlasalar da onu təsdiq etməyiblər. Həmin abituriyentlərin “Şəxsi kabinet”lərində qeyd olunan mobil telefon nömrələrinə bu haqda “SMS” xəbərdarlıq göndərilib. Qeyd edək ki, müsabiqəyə yalnız ərizəsini təsdiq etmiş şəxslər buraxılırlar. Ərizəsini təsdiq etməyən abituriyentlərə tövsiyə edirik ki, qeyd olunan vaxtadək ərizələrini təsdiq etsinlər. Sabah bununla bağlı daxil olan müraciətlərə baxılmayacaq.
Bundan əlavə qeyd edirik ki, hər bir abituriyent yenidən öz elektron ixtisas seçimi ərizəsinə daxil olub ərizənin təsdiq olunub-olunmadığını yoxlaya bilər".
xxx
Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi bu gün başa çatır.
Publika.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, abituriyentlər bu gün saat 23:59-dək qəbul olmaq istədikləri ixtisasları “Abituriyentin (subbakalavrın) elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.
"Bu gün saat 09:45-ə olan məlumata əsasən, 81255 abituriyent (subbakalavr) ərizəsini təsdiq edib. Müsabiqəyə yalnız ərizəsini təsdiq etmiş şəxslər buraxılırlar.
Müsabiqədə iştirak edənlər “Abituriyentin (subbakalavrın) elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər. Məsləhət mərkəzləri 10 ali təhsil müəssisəsində, Dövlət İmtahan Mərkəzinin regional bölmələrinin yerləşdiyi şəhərlərdə, həmçinin müəyyən olunmuş tarixlər üzrə 50-dən çox bölgədə rayon təhsil sektorlarında fəaliyyət göstərirlər", - məlumatda qeyd olunub.
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü


















.jpg)
.jpg)



.jpg)















