Elm və təhsil
Müəllimlərdən geyim qaydaları ilə bağlı qərara dəstək - Fotolar
Vahid məktəbli forması şagirdlər arasında bərabərliyin təmin olunması, nizam-intizamın gücləndirilməsi və sağlam təhsil mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Publika.az “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, bu fikirlər müəllimlərin sosial şəbəkələrdə vahid məktəbli forması ilə bağlı paylaşımlarında əksini tapıb.
Müəllim Bəşir Qasımov vahid məktəbli formasını birlik və nizam-intizamın təcəssümü kimi qiymətləndirib. O bildirib ki, vahid geyim şagirdlər arasında bərabərliyi, məktəbə bağlılığı və məsuliyyət hissini gücləndirir.

Aysel Dünyamaliyeva və Lala Quliyeva isə vahid formanın hər bir uşağın özünü məktəb kollektivinin bərabərhüquqlu üzvü kimi hiss etməsinə xidmət etdiyini vurğulayıblar. Onların fikrincə, məktəbli forması bütün ailələr üçün əlçatan olmalı, uşaqlar arasında fərq deyil, birlik yaratmalıdır.


Müəllimlər Aliya Əhmədova və Azadə Abdinova vahid geyimin sosial-iqtisadi fərqlərin və ayrı-seçkilik risklərinin azalmasına, şagirdlərdə məktəb kimliyi və kollektivə aidlik hissinin formalaşmasına müsbət təsir göstərdiyini qeyd ediblər.


Digər paylaşımlarda da vahid geyimin məktəb mədəniyyətinin inkişafı və təhsilə diqqətin artırılması baxımından əhəmiyyəti ön plana çəkilib. Seymur Alışov məktəbdə əsl birliyin qarşılıqlı hörmət və sağlam münasibətlərlə formalaşdığını, Azad Ağamalıyev isə eyni formanın həm gözəllik, həm də bərabərlik göstəricisi olduğunu bildirib.
Müəllimlər İradə Rəcəbova, Gülşən Allahverdiyeva və Rövşən Balayev də məktəb mühitində vahid geyim qaydalarının nizam-intizamın, məsuliyyətin və təhsilə uyğun davranış mədəniyyətinin formalaşmasına xidmət etdiyini vurğulayıblar.

Ümumilikdə, müəllimlərin paylaşımlarında əsas diqqət vahid məktəbli formasının şagirdlər arasında birlik, bərabərlik və qarşılıqlı hörmət mühitinin formalaşmasındakı roluna yönəlib.
-
Dünya21:3929 ölkə İrana qarşı birləşdi - Birgə bəyanat
-
Hadisə19:0012 yaşlı şagird özünü məktəb binasından atdı - Əmisinin zorakılıq etdiyini deyibmiş
-
MDB17:24Moskvadan Kiyevə: Seçki keçirsəniz, Putin əmr verəcək ki...
-
Region16:22İstək kifayət deyil, qərar verməlisiniz - Paşinyandan Avropa İttifaqına çağırış
-
Nida Təhlil 16:03Məktəbli forması təkcə geyim deyil, həm də tərbiyə məsələsidir - Məhəmməd İmanlı
-
Rəsmi xronika15:22İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Təhlil 14:57Aygün Bayramovadan məktəbli geyimi ilə bağlı çağırış: Qərara hörmətlə yanaşmalıyıq
-
Nida Xəbər 13:02Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu - VİDEO











.jpg)







.jpg)
















