Enerji
Yaşıl enerji məkanı üzrə alt İşçi Qrupunun ikinci iclası keçirildi - FOTO
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq, “2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması ilə bağlı aidiyyəti dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə yaradılmış Yaşıl enerji məkanı üzrə alt İşçi Qrupunun ikinci iclası keçirilib.
Energetika Nazirliyindən Publika.az-a bildirilib ki, Alt İşçi Qrupunun rəhbəri, energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə videokonfrans formatında keçirilən iclasda birinci iclasdan ötən dövr ərzində görülmüş işlər müzakirə edilib. Strategiyanın hazırlanması ilə bağlı fəaliyyət istiqamətlərinin, iş planının ilkin layihəsinin, alt-məqsədlər və hədəf göstəricilərinin, qəbul ediləcək dövlət proqramlarının, digər sənəd və tədbirlərin ümumi siyahısının hazırlanaraq aidiyyəti üzrə təqdim edildiyi bildirilib.
“2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanmasına alt İşçi Qrupunun fəaliyyət istiqaməti üzrə ixtisaslaşmış məsləhətçi şirkətin, digər dövlət orqanlarının, dövlət şirkətlərinin, elm və ali təhsil müəssisələrinin, konfederasiya, assosiasiya, vətəndaş cəmiyyətini təmsil edən təşkilatların və özəl qurumların nümayəndələrinin cəlb edilməsinə dair fikir mübadiləsi aparılıb. İşçi Qrupu üzvlərinin iş prosesinin təşkilinə dair təklifləri müzakirəyə çıxarılıb.
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı














.png)

.jpg)



.jpg)
















