Enerji
İlin sonunda bərpa olunan enerji hərracları keçirilə bilər
Azərbaycanda ilk bərpa olunan enerji hərracları 2021-ci ilin sonu, yaxud növbəti ilin əvvəlində keçirilə bilər.
Bu barədə Publika.az-a Energetika Nazirliyindən bildirilib.
Qeyd edilib ki, hazırda bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi qaydası, hərraclar üçün şərtlər toplusu, həmçinin elektrik enerjisinin alqı-satqı müqavilələri Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə həyata keçirilən “Azərbaycanda bərpa olunan enerji hərraclarının keçirilməsinə dəstək” layihəsi çərçivəsində hazırlanır:
"Bildiyiniz kimi, cari ilin 12 iyul tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının qanunu imzalanıb. Qanunda bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi prosesinin hərrac və ya birbaşa cəlbetmə yolu ilə reallaşdırılması nəzərdə tutulur. Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi qaydası və eyni zamanda istifadə ediləcək müqavilə formaları, kvalifikasiya sorğusu, təklif sorğusu, sahələrin seçilməsi hesabatı və s. hazırlanmaqdadır.
Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi qaydası qəbul edildikdən sonra, ölkəmizdə ilk bərpa olunan enerji hərracları cari ilin sonu, yaxud növbəti ilin əvvəlində keçirilə bilər".
-
Rəsmi xronika12:29Prezidentin sosial şəbəkə hesablarında forumla bağlı paylaşım - FOTO
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi














.jpg)








.jpg)














