Enerji
EIA 2027-ci ildə Azərbaycanda neft hasilatı üzrə proqnozunu artırdı
Azərbaycanda 2026-cı ildə neft və digər maye karbohidrogenlərin hasilatının orta hesabla sutkada 0,55 milyon barrel təşkil edəcəyi gözlənilir.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) oktyabr proqnozunda bildirilib. Beləliklə, proqnozlar sentyabr hesabatı ilə müqayisədə dəyişməz qalıb.
Proqnoza görə, göstərici 2025-ci ilin sutkada 0,58 milyon barrel təşkil edən qiymətləndirilən səviyyəsi ilə müqayisədə azalacaq.
2026-cı ilin birinci rübündə hasilat orta hesabla sutkada 0,56 milyon barrel, ikinci rübdə isə 0,55 milyon barrel təşkil edib. Üçüncü və dördüncü rüblərdə bu göstəricinin 0,55 milyon barrel olacağı gözlənilir.
EIA-nın proqnozlarına görə, analoji dinamika 2027-ci ildə də davam edəcək. Belə ki, həmin ilin birinci rübündə hasilatın sutkada 0,54 milyon barrel, ikinci rübdə 0,53 milyon barrel, üçüncü və dördüncü rüblərdə isə 0,52 milyon barrel təşkil edəcəyi proqnozlaşdırılır. Ümumilikdə, 2027-ci ilin yekununda orta sutkalıq hasilat 0,53 milyon barrel təşkil edəcək ki, bu da sentyabr proqnozundakı 0,52 milyon barrel göstəricisindən yüksəkdir.
Qeyd edək ki, Azərbaycan Dövlət Statistika Komitəsinin son məlumatına görə, bu ilin yanvar-avqust aylarında ölkədə 17,692 milyon ton xam neft (qaz kondensatı daxil olmaqla) hasil edilib.
Trend-in hesablamalarına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 698,8 min ton və ya 3,8% azalıb.
Hesabat dövründə ümumi xam neft hasilatının 17,648 milyon tonunu əmtəəlik xam neft təşkil edib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 701,1 min ton və ya 3,8% azdır.
Dövlət Gömrük Komitəsinin son hesabatına görə, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan 14,678 milyon ton xam neft və bitumlu süxurlardan alınan neft məhsulları ixrac edib. İxracın dəyəri 9,282 milyard ABŞ dolları təşkil edib.
Trend-in qurumun məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 886 milyon ABŞ dolları və ya 10,6% artıb, fiziki ifadədə isə 1,247 milyon ton və ya 7,8% azalıb.
-
Magazin220:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi











.png)





.jpg)


.jpg)
















