Enerji
OPEC+ ölkələri qərar verdilər
OPEC+ formatının 7 ölkəsinin nümayəndələri – Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman noyabrın 1-də videokonfrans formatında görüş keçiriblər.
Publika.az OPEC-ə istinadla xəbər verir ki, 2023-cü ilin aprel və noyabr aylarında əlavə könüllü hasilat tənzimləmələri barədə qərar qəbul etmiş OPEC+ ölkələri bazarda sabitliyin qorunmasına sadiqliklərini bir daha təsdiqləyiblər.
Görüşdə qlobal neft bazarındakı vəziyyət və onun inkişaf perspektivləri müzakirə olunub. İştirakçı ölkələr 2026-cı ilin sentyabr ayı üçün müəyyən edilmiş hasilat səviyyəsinin dekabr ayında da saxlanılması barədə qərar qəbul ediblər. Hasilat göstəriciləri aşağıdakı cədvəldə əks olunub.

Yeddi ölkə Əməkdaşlıq Bəyannaməsi üzrə öhdəliklərin tam yerinə yetirilməsinə kollektiv sadiqliklərini bir daha vurğulayıblar.
OPEC+ formatında təmsil olunan 7 ölkə bazardakı vəziyyəti qiymətləndirmək məqsədilə aylıq görüşləri davam etdirəcəklər. Növbəti görüşün noyabrın 29-da keçirilməsi nəzərdə tutulur.
-
İdman20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib
-
Hadisə17:21Zərdüşt Əlizadənin bacısı vəfat etdi - Foto
-
Avropa17:00Fransada 60 nümayişçi xəsarət aldı
-
Hadisə16:16Müslüm Qurbanov vəfat etdi
-
Avropa15:37Avropada nə baş verir: Böhran daha da dərinləşə bilər - TƏHLİL



































.jpg)
