“Brent” markalı xam neft ucuzlaşdı
Bizi izləyin

Enerji

“Brent” markalı xam neft ucuzlaşdı

“Brent” markalı xam neft ucuzlaşdı

“Brent” markalı neftin qiyməti 1 faizdən çox ucuzlaşıb.

Publika.az xəbər verir ki, bu barədə ticarət məlumatlarında qeyd edilib.

Əvvəlki ticarət sessiyasının bağlanış qiyməti ilə müqayisədə yanvar fyuçersləri 1,21 faiz ucuzlaşaraq bir barel üçün 111,89 dollara düşüb.

“West Texas Intermediate” (WTI) markalı neftin dekabr fyuçersləri isə 0,59 faiz ucuzlaşaraq bir barel üçün 102,34 dollar təşkil edib.

Oktyabrın 30-da “Brent” markalı neftin yanvar fyuçerslərinin qiymətinin əvvəlki ticarət sessiyasının bağlanışı ilə müqayisədə 2,53 faiz artaraq bir barel üçün 113,6 dollara çatdığı məlum olub.

Oktyabrın 5-də “Bloomberg” agentliyi Yaxın Şərqdə müharibənin yenidən başlaması ehtimalı ilə bağlı bazarda yaranan narahatlıq, ehtiyatların tükənməsi və dizel yanacağının çatışmazlığı səbəbindən “Brent” markalı neftin bir barelinin qiymətinin 100 dolları ötdüyünü bildirib. “Guotai Junan Futures” şirkətinin neft bazarı üzrə baş analitiki Süyü Çjaonun sözlərinə görə, əsas problem tədarük həcmlərinin artacağı təqdirdə belə vəziyyətin tam normallaşacağına dair zəmanətin olmamasıdır. Ekspert dəqiqləşdirib ki, bazar xammalın son təyinat məntəqəsinə təhlükəsiz və etibarlı şəkildə çatdırılmasının mümkün olub-olmadığını qiymətləndirir.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm