Gözəllik
Dərini gözəlləşdirən qidalar
Mütəxəssislər bildirirlər ki, gözəl və sağlam dəriyə sahib olmaq üçün baxımlı olmaq və müxtəlif kremlərdən istifadə etmək kifayət deyil.
Əgər dərinizin parlaq və qüsursuz olmasını arzulayırsınızsa, yeyib-içdiklərinizə diqqət etməlisiniz.
Publika.az dərini gözəlləşdirən qidaları araşdırıb:
Çərəzlər: Fıstıq, badam və qoz kimi çərəzlər
orqanizmi E vitamini ilə təmin edir. Dəri gözəlliyi üçün vacib
vitaminlərdən biri sayılan bu vitamin dərini günəşin zərərli
şüalarından müdafiə edir.
Qırmızı və yaşıl rəngli tərəvəzlər: Bu tərəvəzlər A vitamini və beta-karotin ilə zəngin olur. Belə tərəvəzlərlə qidalanan insanların dərisi daha parlaq və yumşaq olur. Xüsusilə də, qırmızı rəngli tərəvəzlər (pomidor, qırmızı bibər və s.) dəri hüceyrələrinin yaşlanmasının qarşısını alır. Bu baxımdan ən faydalı tərəvəz qırmızı bibərdir. Qırmızı bibər bol miqdarda C və B6 vitamini ehtiva edir. 35 yaşdan sonra orqanizm daha az kollagen istehsal etdiyindən dərinin sallanmasına, sellülit və dəri çatlarının artmasına səbəb olur. Odur ki, sözügedən tərəvəzlər bu yaşdan sonra xüsusilə çox qəbul edilməlidir.
C vitamini dərinin kollagen istehsalını artıraraq bu problemlərin qarşısını alır.
Qırmızı bibərin tərkibindəki karotin qan dövranını artıraraq dərinin daha sağlam görünməsini təmin edir.
İspanaq: Olduqca faydalıdır. Tərkibində dəmir, E , A və C vitamini, maqnezium, zülal var. Antioksidant baxımından zəngindir. Bütün bu xüsusiyyətləri sayəsində dəri problemlərinin qarşısını alır.
Pomidor: Dəri üçün ən faydalı qidalardan biri də pomidordur. O çoxlu miqdarda likopen ehtiva edir. Likopen dərini yeniləyir, sızanaqların qarşısını alır.
Dəniz məhsulları: Bir çox balıq növü və yeyiləbilən digər dəniz heyvanları omeqa 3 turşusu baxımından zəngindir. Omeqa 3 dərini qurumağa qoymur və antibakterial təsir göstərərək, sızanaqların qarşısını alır.
Kərəviz sapı: Tərkibindəki kalium sayəsində dərini nəmləndirir və qırışları açır.
Qırmızı və qara rəngli meyvələr: Qara tut, çiyələk, böyürtkən, albalı və gilas kimi meyvələr güclü antioksidantlar hesab edilirlər. Bu meyvələrin tərkibindəki turşular sellüliti azaldır.
Sarımsaq: Tərkibindəki maddələr qan dövranını sürətləndirir və dərini bərpa edir. Parlaq və gənc dəri arzulayanlar üçün ən ideal vasitədir.
Balqabaq: Vitamin anbarı olan bu tərəvəz beta karotinlə zəngindir. Dərini gözəlləşdirir.
Tünd şokolad: Tərkibindəki fol turşusu və antioksidantlar dərini günəşin zərərli şüalarından qoruyur.
Papaya: Tərkibində C, E vitamini və beta-karotin var. Ən təsirli antioksidantlarla zəngindir. Dərini ətraf mühitin zərərli təsirindən qoruyur, hüceyrələri yeniləyir. Dərini sızanaq və qara nöqtələrdən təmizləyir.
Kokos yağı: Doymuş yağ turşuları ilə zəngindir. Anti-bakterial təsirə malikdir. Sızanaqlarla mübarizə aparır.
Ləman Sultan
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 27 Oktyabr 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək



















.jpg)
















