Gözəllik
Tük tökən bitkilər
Qadınlar arzuolunmaz tüklərlə illərlə mübarizə aparırlar. Tibbi üsullar, cərrahi müdaxilələr, epilyasiya, bitkilər, müxtəlif maskalar, kremlər və digər alternativ üsullarla tüklərlə mübarizədə uğurlu nəticələr əldə edilib.
Əlbəttə ki, inkişaf etmiş texnologiyalardan istifadə edərək arzuolunmaz tüklərdən xilas olmaq mümkündür və bu, daha uzunmüddətlidir. Amma bu texnologiyalar sağlamlığa mənfi təsir edir və bəzi xəstəliklərdə, o cümlədən hamilə və süd verən anaların sözügedən texnologiyalardan istifadə etməsi əks göstərişdir. Həm də mütəmadi olaraq epilyasiya etdirmək baha başa gəlir. Buna görə də qadınlar epilyasiya kimi üsullardan çox, daha sağlam və daha ucuz başa gələn tük tökücü üsullar axtarırlar. Tük azaldıcı və tük tökən bitkilərlə də hamar dəriyə qovuşmaq mümkündür.
Tük tökən xüsusiyyəti olan bitkilərlə hazırlanan kremlər həm daha ucuzdur, həm də ağrısız nəticə əldə etmək mümkündür.
Tük tökən vasitələrə yumurta ağı, limon, portağal, duz, soğan kimi təbii ərzaqlar daxildir. Bu qidalarla hazırlanacaq kremlər sayəsində istədiyiniz nəticəni almağınız mümkündür.
Bir ədəd limonun suyunu bir kasaya sıxın və 2 çay qaşığı duz əlavə edib qarışdırın. Ayaqları mum üsulu ilə təmizlədikdən sonra pambığın köməyi ilə hazırladığınız qarışığı tüklərin çıxdığı nahiyəyə sürtün. Bu prosesi ardıcıl olaraq tətbiq etsəniz, artıq üçüncü dəfədən nəticə daha yaxşı olacaq. Limon və duzun tük azaldıcı və hətta qıl köklərini zəiflədici xüsusiyyəti var. Əgər dəridə yanma və qıcıq hiss etsəniz, vaxt keçirmədən yuyun. Hər hansı fəsad müşahidə edilmədiyi təqdirdə qarışığı ayaqda 2 saat, üzdə isə 15 dəqiqə saxlamaq olar.
Soğanı rəndələyin və suyunu çıxarın. Tükləri mum üsulu ilə təmizlədikdən sonra ayaqlara və qollara yaxşıca yedirdin. Soğan tük köklərinin zəifləməsi istiqamətində olduqca güclü təsirə malikdir. Soğan suyunu sürtdükdən sonra 1 saat saxlamaq yetərlidir. Tüklərdən tamamilə xilas olmaq üçün olduqca sadə üsuldur.
Portağalı soyun və qabıqlarını blenderden keçirin. Krem halını alanda 1 xörək qaşığı zeytun yağı əlavə edin. Mum əməliyyatından sonra lazımi bölgəyə sürtün və 1 saatdan sonra yuyun. Sitrus bitkiləri turşu tərkibli olduğu üçün qıl kökləri üzərində yandırıcı təsir buraxırlar.
Mağazalarda satılan tük tökən kremlər də qıl köklərinə təsir edərək zamanla tük köklərinin zəifləməsini təmin edirlər. Kosmetika mağazalarında müxtəlif markaların təklif etdiyi tük tökən kremlər qısa tüklərdə belə təsirli olur və təxminən 4 gün ərzində dərini hamar saxlayır. Dərini eyni zamanda nəmləndirmək xüsusiyyətinə malik olan tük tökən kremlər, xüsusilə az vaxt olanda ideal çıxış yoludur.
Tük tökən spreylər də qıl köklərinə təsir edir. İstifadəsi də son dərəcə asan və praktikdir. Tük tökən spreylər həm vaxta qənaət edir, həm də ağrısızdır.
Aytən
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO