Gözəllik
Boyadan yanan saçları xilas edən maskalar
Boyadan yanan saçlar sağlam görünüşünü itirib cansızlaşır, saçlar təbii parlaqlığını itirir. Xlor da saça eyni təsiri göstərir. Saç köklərindən uclarına qədər bütün tellərdə saçqıran olur. Saça toxunduqda isə yun kimi sərt təsir bağışlayır. Bu, xüsusən boya və fenin təsirinə çox məruz qalan saçlarda görünür.
Saçın tez-tez fenlənməsi, bir anda yenidən soyudulması saçı yorur. Saçın yorulması yanmazdan əvvəlki mərhələdir. Bu prosesdə saç artıq istədiyimiz kimi yığılmır. Təəssüf ki, yanmış saçları bərpa etmək çox çətindir.
Yanan saçların sağlamlığına qovuşmasını təmin etmək üçün mütəmadi olaraq qulluq etməlisiniz.
Publika.az-ın gözəllik bölməsi yanmış saçlara həyat verən maska reseptlərini təqdim edir:
Jojoba yağı maskası
Ərzaqlar:
4 yemək qaşığı jojoba yağı
2 çay qaşığı rozmarin yağı
1 çay qaşığı ətirşah çiçəyi yağı
Hazırlanması:
Bütün yağları qaşıq köməyi ilə yaxşıca qarışdırın. Hazırladığınız qarışığı nəm halda saçlarınıza masaj edərək sürtün. 15 dəqiqə saçda saxlayın. Sonra isə şampun ilə yaxalayın.
Yumurta maskası
Ərzaqlar:
1 ədəd yumurta
2 çay qaşığı ərik yağı
5 yemək qaşığı hindqozu yağı
Hazırlanması:
Əvvəl yumurtanı çalın. Daha sonra qalan ərzaqları yumurtaya əlavə edib yenə yaxşıca qarışdırın. Hazırladığınız qarışığı saç uclarına daha çox olmaqla, bütün saçlara sürtün. 20 dəqiqədən sonra saçınızı şampunla yuyun.
Banan maskası
Ərzaqlar:
1 ədəd banan
1 xörək qaşığı bal
Hazırlanması:
Püre halına gətirdiyiniz bananın içinə balı əlavə edin və yaxşıca qarışdırın. Əldə etdiyiniz qarışığı saçlarınıza bərabər şəkildə çəkin. 20 dəqiqə saxladıqdan sonra saçlarınızı ilıq su ilə yaxalayın və şampunla yuyun.
Zeytun yağı
Ərzaqlar:
2 xörək qaşığı zeytun yağı
1 xörək qaşığı sirkə
2 xörək qaşığı dünəndən dəmlənmiş qara çay
Hazırlanması:
Ərzaqları bir qaba töküb yaxşıca qarışdırın. Maskanı saç diblərindən uclarına kimi çəkin. 30 dəqiqədən sonra şampunla yaxşıca yuyun.
Qeyd: Maskaları həftə 2-3 dəfə edin.
Fidan
-
Sosial23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
-
Magazin220:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

















.png)

.jpg)
















