Gözəllik
Yaşlanmağın qarşısını alan zoğal maskası
Zoğal ən çox antioksidant ehtiva edən meyvələrdən biridir. Elə buna görə də, qırışların əsl düşməni sayılır. Qırışlarla mübarizə aparmaq və daha gənc görünmək istəyirsinizsə, Publika.az-ın təqdim etdiyi zoğal maskasını mütləq sınaqdan keçirin.
Bu maska qırışları açmaqla yanaşı, yenilərinin də yaranmasının qarşısını alır, dərini nəmləndirir.
Tərkibi:
1 stəkan təzə zoğal
1 stəkan qırmızı üzüm
2 xörək qaşığı qreypfrut şirəsi
1 ədəd yarpaq jelatin
Hazırlanması:
Zoğal və üzümləri yuyun, tumlarını təmizləyin. Blenderdən keçirin və üzərinə qreypfrut şirəsini, daha sonra da jelatini əlavə edib qarışdırın. Qarışım krem konsistensiyasına gələnə qədər blenderdə çalın. Sonra 45 dəqiqə soyuducuda saxlayın.
Daha sonra soyuducudan çıxarıb 10 dəqiqə də otaq temperaturunda saxlayın.
Maskanı təmiz dəriyə çəkib 15 dəqiqə gözləyin.
Üzünüzü ilıq su ilə təmizləyib, qurulayın. Dərhal nəmləndirici krem çəkin.
Ləman Sultan
-
MDB11:18Məşhur feminist öldürüldü - FOTOLAR
-
Maraq dünyası10:47Ayı ilə əlbəyaxa olan çoban möcüzəvi şəkildə sağ qaldı
-
Hadisə10:31Abşeronda binada partlayış oldu: Xəsarət alan var - VİDEO
-
MDB10:13Rusiya ordusu Ukraynanın yük gəmisini vurdu
-
Sağlamlıq08:00Göbələklərin gözlənilməz təhlükəsi üzə çıxdı
-
Ekologiya07:17Bu ərazilərə qar yağacaq - HAVA PROQNOZU
-
İdman06:46“Beşiktaş”ın nə qədər borcu var? - Məbləğ açıqlandı
-
Magazin106:16"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır"



















.jpg)
















.jpg)
