52 yaşında gənc qız kimi görünən Demi Murun sirri
Bizi izləyin

Gözəllik

52 yaşında gənc qız kimi görünən Demi Murun sirri

52 yaşında olmasına baxmayaraq, gənc qız kimi görünən Demi Mur hər kəsi təəccübləndirib. Dünyanın ən cazibədar ulduzlarından biri hesab edilən Demi Mur nəhayət gözəllik sirlərini açıqlayaraq hamının nigarançılığına son qoyub.

Publika.az gözəl ulduzun qidalanma və qulluq qaydalarını təqdim edir:

Aktrisa gənc qalmasını əsasən qidalanma rejimi ilə əlaqələndirir. Davamlı olaraq pilateslə məşğul olduğunu qeyd edən ulduz, bu baxmayaraq, 1-2 kilo kökəldiyini hiss edən kimi aşağıdakı pəhrizə müraciət edir:

Səhər

* 1 stəkan portağal suyu

* Bir boşqab yağsız, limon suyu və ya sirkə əlavə edilmiş salat

* 1 kasa yağsız qatıq

*Bir dilim kəpəkli çörək

* 1 ədəd suda bişmiş yumurta

*1 yemək qaşığı mürəbbə

Günorta yeməyi

* Yağsız ət və tərəvəzlərdən ibarət, suda yaxud sobada bişirilmiş xörək

* Bir dilim kəpəkli çörək

Axşam yeməyi

*Eynilə günorta yeməyi kimidir. Sadəcə menyudan çörəyi çıxarmaq lazımdır. Onun əvəzinə bir stəkan sadə dondurma, vanilli pudinq və ya meyvəli yoğurt yeyə bilərsiniz.

Zəli maskası

Demi Murun dərisinin sallanmasının qarşısını isə zəli maskası alır. Bəli, səhv başa düşməmisiniz. Aktrisa gözəl və gənc qalmaq üçün ən ağlasığmaz vasitələrə belə ət atmaqdan çəkinmir. Bəs, zəli maskası nədir?

Deyilənə görə, bu maska ancaq Avstriyada tətbiq edilir. Demi Mur məhz bu maska üçün ildə bir dəfə Avstriyaya gedir. “Zəlilər qanımı əmir və bu dərimin daha gənc və sağlam görünməsinə kömək edir”, - deyən aktrisa arada bir yosun yediyini də etiraf edir. Onun sözlərinə görə, yosun orqanizmi gəncləşdirir, dəri hüceyrələrinin yenilənməsinə səbəb olur.

Demi Murun ən böyük sirri: Alma və fıstıq

Aktrisa gənc qalmaq üçün alma ilə fıstığı birlikdə yediyini bildirir:

“Alma ilə fıstıq və ya fıstık əzməsini eyni vaxtda yeyirəm. Bu iki qidanın tərkibindəki maddələr birləşərək orqanizmi gəncləşdirir.

Çiy ye, sağlam ol

Bir çox Hollivud ulduzu kimi Demi Mur da qidaları çiy yeməyin insanı gəncləşdirdiyinə inanır. O, demək olar ki, bütün tərəvəzləri çiy halda yeyir.

Çiyələkli möcüzə

52 yaşlı Demi Murun üzündə bir dənə də qırış yoxdur. Gözəl ulduz buna çiyələk maskası sayəsində nail olduğunu bildirir. Demi Murun çiyələk maskası aşağıdakı kimi hazırlanır:

2 ədəd püre halına salınmış çiyələyi, 1 çay qaşığı qaymaq və 1 çay qaşığı balla qarışdırın. Göz ətrafı istisna olmaqla üz və boyun dərisinə çəkin. 10 dəqiqə sonra üzünüzü ilıq su ilə yuyub qurulayın. Dərhal nəmləndirici krem çəkin.

Onu da qeyd edək ki, Demi Murun qırışlar üçün müraciət etdiyi digər bir üsul isə yaşıl almanın qabıqlarını üzə çəkməkdir.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm